Avropa İttifaqı ölkələrinin sakinlərinin əksəriyyəti Avropa Komissiyasının (AK) hazırkı rəhbəri Ursula fon der Leyenin istefasını istəyir.
Elchi.az xəbər verir ki, bu barədə “Cluster17” sosioloji şirkətinin məlumatlarına istinadən “Le Grand Continent” nəşri məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, respondentlərin 60 faizi məmurun istefasını dəstəkləyib. Eyni zamanda fransızların 70 faizi, polyakların 49 faizi, almanların 54 faizi, italyan və ispanların isə 60 faizi fon der Leyenin vəzifədən getməsinə səs verib.
Xatırladaq ki, daha əvvəl fon der Leyen Rusiyanı diplomatiyanı ələ salmaqda və beynəlxalq qanunlara hörmətsizlik etməkdə ittiham etmişdi.
Yeganə





















