Covid-19-un təsirini itirməyə başladığı Avropada qrip və tənəffüs yolları xəstəliklərinin ciddi şəkildə artmas ilə bir çox ölkədə isə antibiotik kimi dərmanların tədarükündə çətinliklər yaşanır.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Köhnə qitənin bir çox ölkələrində qrip və buna bənzər yuxarı tənəffüs yolları xəstəlikləri ilə yanaşı, “RSV” adlı tənəffüs yolları virusu böyüklərdə, xüsusilə də uşaqlarda xəstəliyin ağır keçməsinə səbəb olur.
Yüksək hərarət, qusma və oynaq ağrısı kimi əlamətlərə səbəb olan tənəffüs xəstəlikləri ilə mübarizə üçün istifadə edilən dərmanların təchizatında bütün qitədə problemlər mövcuddur.
Dərman istehsalının yüksək xərcləri və istehsalın Avropa xaricində olması səbəbindən Çin kimi ölkələrdə Covid-19 tədbirlərinin yaratdığı problemlər səbəbindən tədarük zəncirində fasilələr yarana bilər.
Yeganə