Yunanıstanda meşə yanğını nəticəsində yararsız qalan ərazinin ümumi sahəsi 810 kvadrat kilometrə çatıb. Elchi.az Avropa Meşə Yanğınları İnformasiya Sisteminin analitiklərinin məlumatlarına istinadən xəbər verir ki, təbii fəlakət vurduğu ziyana görə Avropada müşahidələr tarixində ən böyük hadisə olub.
Avropa Komissiyasının nümayəndəsi Balazs Uivarinin sözlərinə görə, Aleksandrupolis şəhərinin şimalında yanğınların söndürülməsində ümumilikdə 11 təyyarə, bir helikopter və 407 yanğınsöndürən iştirak edib. Mütəxəssislər 2000-ci ildə statistika başlayandan bəri meşə yanğınlarının belə ciddi nəticələrini qeydə almamışdılar.
Yunanıstan Yanğından Mühafizə Xidmətinin məlumatına görə, ölkənin şimal-şərqində yerləşən “Dadia-Lefkimi-Suflion” Milli Parkında baş verən yanğınlar hələ də söndürülməyib. Bu qoruq bir sıra yırtıcı quş növləri üçün mühüm ərazidir.
Aleksandrupolisin şimalında böyük yanğınlar ilk dəfə avqustun 19-da qeydə alınıb.
Havar Şəfiyeva