“Üçtərəfli saziş imzalananda ilk arzum Qarabağa getmək idi”.
Bunu, Avropa Şurasının (AŞ) insan hüquqları komissarı Dunya Miyatoviç AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.
O bildirib ki, hər iki ölkənin qurumları, hökumətləri ilə işləməyə hazırdır.
Dunya Miyatoviç qeyd edib ki, irəliyə baxmağın, barışığın vaxtıdır və bu ancaq qarşılıqlı hörmət və anlayışla əldə edilə bilər. O deyib ki, itkin düşmüş şəxslər, sülhə keçid kimi Avropa Şurasının yaxşı olduğu bir çox sahələrdə öz tövsiyələrini verib.