"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Avropa Şurası böhran içindədir` – Səməd Seyidov

03 Oktyabr 2015 - 09:29
in XƏBƏR LENTİ
FacebookVatsap

Avropa Şurasının, Avropa strukturlarının daxilində Azərbaycana qarşı yalan, böhtan, provokasiya dolu siyasət aparan şəxslər artıq öz siyasətlərində iflasa uğramağa başlayıblar.

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

 

Bu fikirləri cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun payız plenar sessiyasının nəticələrinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı ən kəskin mövqedə dayanan, yalan, böhtan atan, provokasiyaları hansısa şəkildə düşünən şəxslər Avropa Şurasının siyasi səhnəsindən getməyə başlayıblar: “Sessiyanın nəticələrindən bəhs edərkən vurğulamaq istədiyim digər mühüm məqamın Azərbaycana da aidiyyəti var, amma bunun ölkəmizdən başqa Avropa ölkələrinə də aidiyyəti var. Azərbaycana qarşı ən kəskin mövqedə dayanan, yalan, böhtan atan, provokasiyaları hansısa şəkildə düşünən şəxslər Avropa Şurasının siyasi səhnəsindən getməyə başlayıblar. Bu o deməkdir ki, onların dövrü və apardıqları siyasət özlərini doğrultmur. Məsələn, AŞ PA-nın mandatı sona çatmış sədri Ann Brasör iki il ərzində Azərbaycan – Avropa Şurası münasibətlərinin korlanması üçün əlindən gələni etdi. AŞ PA-da Sosialist fraksiyasının rəhbəri Andreas Qross dəfələrlə öz çıxışlarında, öz təşəbbüslərində antiazərbaycan mövqeyindən çıxış etmiş şəxsdir. Digərlərinin də adını çəkmək olar. Bir anlığa diqqət yetirək: bu şəxslər gedirlər. Yalnız ona görə yox ki, onların rotasiya qaydasında mandatı sona çatır. Ona görə ki, onların yerinə gələcək insanlar daha obyektivdirlər. Biz onları təxminən tanıyırıq. Yəni Avropa Şurasının, Avropa strukturlarının daxilində Azərbaycana qarşı yalan, böhtan, provokasiya dolu siyasət aparan şəxslər artıq öz siyasətlərində də iflasa uğramağa başlayıblar”.

Onun sözlərinə görə, söhbət yalnız Azərbaycana nümayəndə heyətinin göndərilməsindən getmir. Söhbət, o cümlədən bu insanların apardığı siyasətin özünü doğrultmamasından gedir: “Avropa Şurasını kənara qoyaq. Avropa Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Elmar Brokun Azərbaycanla bağlı mövqeyi heç vaxt düzgün deyildi. Amma bu gün Azərbaycana gəlmək istədiyini bəyan edir. O, habelə bəyan edir ki, Avropa Parlamenti qətnaməni qəbul etməklə Azərbaycanı itirdi. Hətta bunlar başa düşməyə başlayıblar ki, təzyiqlə hədə-qorxu və provokasiya ilə heç nə etmək mümkün deyil”.

Bu sessiyada Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə toxunan S.Seyidov qeyd edib ki, bu gün Avropa Şurasında Azərbaycanın səsi yüksəkdir: “Nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun demokratik cəmiyyətdə dinlərarası münasibətlər və dini dözümlülüklə bağlı məsələləri ən yüksək səviyyədə ortaya qoyan məruzəsi AŞ PA-da qəbul edildi. Azərbaycan nümayəndə heyətinin sədri hansısa bir rotasiya və ya müddət əsasında yox, Monitorinq komitəsinin üzvləri tərəfindən yekdilliklə komitə sədrinin müavini təyin olundu. Bu, birbaşa səsvermənin nəticəsidir. Bunda başqa, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva və Sahibə Qafarova Avropa Şurasında məruzəçi kimi çıxış etməyə başlayıblar. Nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Rövşən Rzayev, Sabir Hacıyev burada aktiv fəaliyyət göstərirlər. Nümayəndə heyəti olaraq, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyinin fəaiyyətini də xüsusi vurğulamaq lazımdır. Ona görə ki, əlaqələrimiz, gördüyümüz işlər hamısı məsləhətləşmələr və bir komanda şəklində həyata keçirilir”.

S.Seyidov bildirib ki, bu gün Avropa Şurasında böyük bir böhran var: “Ona görə ki, əslində Avropada gedən proseslərə cavabdeh olan bir qurum öz nüfuzunu, öz imkanını, öz təsirini itirməkdədir. Yaxşı ki, bir balaca bu proses başa düşülməyə başlanıb. Dediyim kimi, bunları yaradan insanlar yavaş-yavaş səhnədən gedirlər. Etiraf etmək lazımdır ki, Avropa Şurası böhran içindədir. Və bu böhran ciddi şəkildə davam edir. Buna cavab olaraq, biz daha geniş fəaliyyət göstərməli, daha yüksək strukturlara daxil olmalıyıq ki, bizə qarşı yönələn hər hansı bir cəhdin, böhtanın, təxtibatın qarşısını alaq”.

Previous Post

`Avropa Şurası böhran içindədir` – Səməd Seyidov

Next Post

Şərif Ağayarın dillərdə dastan hekayəsi – “Şəkil”

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

Şərif Ağayarın dillərdə dastan hekayəsi - "Şəkil"

Şərif Ağayarın dillərdə dastan hekayəsi - "Şəkil"

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.