Avro-2016 çərçivəsində keçirilən Serbiya-Albaniya matçında yaranan gərginlikdən sonra UEFA öz
qərarını açıqlayıb.
Elchi.az xəbər verir ki, qurum Serbiya və Albaniya milli komandalarının Avro-2016 çərçivəsində bütün oyunlarını ləğv edərək milliləri seçmə mərhələlərdən kənarlaşdırıb.
UEFA-nın mətbuat katibi Pedro Pintonun verdiyi məlumata görə, Avro-2016-dan uzaqlaşdırılan hər iki milli komandanın futbol federasayalarına cinayət işi açılıb.
Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya – Albaniya oyunu yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin hərəkəti olub. İlk hissənin sonlarında Albaniyanın bayrağını uçurublar. Meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviç tullanaraq bayrağı yerə salıb. Bundan sonra komandaların futbolçuları arasında mübahisə yaranıb. Serbiyalı azarkeşlər fayerlər yandıraraq meydana atıblar. Nəticədə görüş qeyri-müəyyən müddətə dayandırılıb.
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar
2026 Dünya Kubokunda iştirak edən 48 ölkənin heyətləri yekunlaşdıqdan sonra turnirdə yarışan komandaların və oyunçuların ədədi məlumatları aydınlaşdı. Klub səviyyəsində...



















Son şərhlər