Avropa Parlamenti Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Elchi.az xəbər verir ki, qətnamə AP-nin saytında dərc olunub.
“Avropa Parlamenti Aİ və üzv dövlətləri Dağlıq Qarabağda çoxsaylı atəşkəs rejiminin pozulmasına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətində qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır”, – deyə qətnamədə qeyd olunur.
Bildirilir ki, qətnamə iqtisadi sanksiyaların tətbiqini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında, o cümlədən enerji sektorunda əməkdaşlığın nəzərdən keçirilməsini tələb edir.
Qeyd edək ki, sənədi 491 deputat dəstəkləyib, 9-u əleyhinə, 36-sı isə bitərəf qalıb.
Havar Şəfiyeva