Avropanın 50-yə yaxın lideri Moldovada Avropa Siyasi Birliyinin (AST) ikinci iclasına toplaşıb.
Elchi.az xəbər verir ki, Paytaxt Kişinyovdan təxminən 40 kilometr aralıda yerləşən tarixi Mimi qalasında keçirilən AST Sammitinə Rusiya və Belarusdan başqa Avropa qitəsindəki 47 ölkənin və Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri dəvət olunub.
AST Sammitində Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib. Qonşu və ev sahibi Moldovanın prezidenti Maia Sandu iştirak edəcəyi daha əvvəl rəsmi elan olunmayan Ukrayna liderini qarşılayıb.
Rusiyanın Ukraynaya 2022-ci ilin fevralında başlayan hücumundan sonra Fransa prezidenti Emmanuel Makronun təklifi ilə həyata keçirilən AST-nin ilk iclası 6 oktyabr 2022-ci ildə AB-yə sədrlik edən Çexiyanın paytaxtı Praqada keçirilib. Həmin sammitdə ikinci görüşün Moldovada keçirilməsi qərara alınıb.
Şayəstə Hüseynova