Avropa qitəsi ölkələrinin liderləri Moldovada Avropa Siyasi Birliyinin (AST) 2-ci iclası üçün görüşəcəklər.
Elchi.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdan 40 kilometr uzaqlıqdakı tarixi Mimi qalasında sabah keçiriləcək 1 günlük toplantıya Türkiyə də daxil olmaqla 47 Avropa ölkəsinin liderləri və Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri dəvət olunub. Görüşə təkcə Rusiya və Belarus dəvət olunmayıb.
Moldovada keçirilən görüş geosiyasi baxımdan simvolik xarakter daşıyır. Bu görüş Aİ nümayəndələrinin fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra daha da vacibdir.
Ukraynadan sonra növbənin Moldovaya çatacağı ilə bağlı şərhləri xatırladan Aİ nümayəndələri görüşün Moldovada təşkil olunmasını Moskvaya siqnal kimi qiymətləndirirlər.
Nuranə Məmmədova