Avropa Komissiyası Ukrayna taxılının Avropa İttifaqının beş ölkəsinə – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya ixracına qadağa qoyub. Bu barədə Elchi.az icmanın icra orqanının bəyanatına istinadən xəbər verir.
“Tədbirlər mayın 2-dən qüvvəyə minib və 2023-cü il iyunun 5-dək qüvvədə olacaq. Bu müddət ərzində Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya istisna olmaqla, bütün Aİ ölkələrində sərbəst şəkildə satıla bilər”, – Avropa Komissiyasının bəyanatında deyilir.
Qeyd edək ki, bundan əvvəl Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Bundan əvvəl oxşar qərar Polşa və Slovakiya hakimiyyəti tərəfindən də qəbul edilib. Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası bu tədbirləri Rusiyaya yardım adlandırıb.
Havar Şəfiyeva