Avropa İttifaqından Facebook-a rekord cərimə

99

Meta-nın Facebook-un Avropa istifadəçi məlumatlarını ABŞ serverlərinə ötürdüyünə görə rekord məbləğdə cərimələnəcəyi gözlənilir.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, Aİ tənzimləyicilərinin cəzası sosial media platforması üçün müəyyən edilmiş əvvəlki rekorddan daha yüksək olacaq.
Amazon daha əvvəl Aİ məxfilik standartlarını pozduğuna görə 746 milyon cərimə olunmuşdu.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının rəhbərlik etdiyi tənzimləyicilərin bazar ertəsi səhər Facebook-a Aİ məlumatlarını ABŞ-a köçürmək üçün “mürəkkəb hüquqi vasitələrdən” istifadəni dayandırmağı əmr edən bir qərar verəcəyi gözlənilir.

Nuranə Məmmədova