İtaliyanın baş naziri Giorgia Meloni, ölkənin şimal-mərkəzi hissəsində daşqının vurduğu Emiliya-Romanya sənaye bölgəsindəki zərəri aşkar etməyin çətin olduğunu və çoxlu sayda işçinin səfərbər edilməsinin lazım olduğunu söyləyib.
Elchi.az Anadolu Xəbər Agentliyinə (AA) istinadən xəbər verir ki, Yaponiyada keçirilən G7 Liderlər Zirvə Toplantısını erkən tərk edən Meloni seldən zərər çəkmiş Emiliya Romanya bölgəsindəki yaşayış məntəqələrinə baş çəkib.
Çəkmə geyinən Meloni Forli, Faenza və Ravenna şəhərlərini gəzib, suların hələ də az olduğu ərazilərdə araşdırmalar aparıb, yerli əhali ilə görüşüb, ehtiyaclarını dinləyib.
Meloni, jurnalistlərə verdiyi açıqlamada, bölgənin ehtiyaclarını qarşılayacağına söz verib.
Bu mərhələdə bölgəyə dəyən zərəri təxmin etməyin çətin olduğunu ifadə edən Meloni, “Bu mərhələdə zərəri təxmin etmək çətindir, lakin çox resursları səfərbər etmək lazım gələcək”,-deyə bildirib. Meloni bölgəyə dəyən zərər və paylanacaq yardımın çərşənbə axşamı Nazirlər Şurasında müzakirə ediləcəyini bildirib.
Bu arada sosial mediada yayılan görüntülərdə yerli əhalinin bəzilərinin çəkmələrini geyinərək ziyarətə gələn Meloniyaya təşəkkür etdikləri və yerli idarəçiləri yanlarında görə bilmədiklərinə görə şikayətlərini çatdırdıqları görülüb.
Digər tərəfdən sel və daşqınlar səbəbilə evlərini tərk etmək məcburiyyətində qalan 36 min nəfərdən 10 mininin evlərinə qayıtdığı bildirilib.
Emilia-Romanya bölgəsində ötən həftənin əvvəlində yağan yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələrində 14 nəfər həyatını itirib, bir çox yol, qəsəbə və əkinçilik sahələrinə ziyan dəyib.
Nuranə Məmmədova