Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avro həcmində makromaliyyə yardımı ayrılmasına razılıq verib.
Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına rəhbərlik edən Çexiyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Ölkənin maliyyə naziri Zbinek Staniura qeyd edib ki, 5 milyard avro dövlətin gündəlik fəaliyyətini dəstəkləməyə sərf olunacaq.
Bundan başqa Aİ Ukraynaya 9 milyard avro məbləğində kredit verib.