Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılmasını təsdiqləyib

62

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə sanksiyalar siyahısının növbəti altı ay uzadılması ilə bağlı qərarını qüvvəyə minib. Elchi.az bu barədə TASS-a istinadən yazır.

Sənəddə deyilir ki, Ukraynada davam edən xüsusi hərbi əməliyyat ilə əlaqədar Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar daha altı ay müddətinə təsdiq edilməlidir. Eyni zamanda, sanksiyaların müəllifləri Xerson vilayətinin qubernatorunun vəfat etmiş müavini Kirill Stremousovu oradan uzaqlaşdırıblar.

Bundan əvvəl Aİ Şurası Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay, 2023-cü il sentyabrın 15-dək uzadılması barədə qərar qəbul edib. Söhbət 1,5 minə yaxın vətəndaşa və 205 hüquqi şəxsə qarşı məhdudiyyətlərin tətbiqindən gedir.

Havar Şəfiyeva