Avropa İttifaqı liderləri növbədənkənar toplantı keçirir

Avropa İttifaqı liderləri bu gün növbədənkənar toplantı keçirəcək. İsrail-Fələstin gündəmi ilə görüşəcək liderlər növbəti addımları müzakirə edəcəklər.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel liderləri Fələstində baş verən hadisələrlə bağlı onlayn görüş keçirməyə çağırıb.
Çağırışda mülki şəxslərin Beynəlxalq Humanitar Hüquq çərçivəsində qorunmasının vacibliyi vurğulanıb və iki dövlətli həll təklifi təkrarlanıb.
Həmçinin Qəzzada köməyə ehtiyacı olan mülki şəxslərə dəstək verməyə hazır olduqları bildirilib.
Liderlər bu gün videokonfrans vasitəsilə görüşəcəklər.
Nuranə Məmmədova