Avropa İttifaqı (Aİ) Kosovonun Aİ-yə üzvlük müraciətinə gələn ilin əvvəlində baxacaq.
Elchi.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Kosovonun Aİ-yə üzvlük müraciətinə İsveçin yanvarda Aİ-yə sədrliyindən sonra baxılacaq. Qeyd olunur ki, bu barədə Bloomberg agentliyinin mənbələri məlumat verib və əlavə olunub ki, bu, bir çox üzv dövlətlər üçün sadə məsələ olmadığına görə, müraciətə diqqətlə baxılacaq.
Qeyd edək ki, Avropa Birliyinə üzv olan 27 ölkədən beşi Kosovonun müstəqilliyini tanımayıb.
Özünü Kosovonun baş naziri elan edən Albin Kurti daha əvvəl Aİ-yə üzvlük üçün müraciəti Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyaya təqdim etmişdi.
Yeganə