Rusiya prezidenti Vladimir Putin bu gün Moskva Dövlət Universitetinin (MDU) tələbələri ilə görüşüb. O, tələbələrlə görüşündə qeyd edib ki, Avropa elitaları çox vaxt milli maraqlara deyil, üçüncü ölkələrin maraqlarına xidmət edir.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Putin avstriyalılarla yaxşı münasibətdə olduğunu qeyd edib. O, bildirib ki, dünyada baş verən hadisələrə baxmayaraq, bir çox avstriyalı Rusiyaya qarşı çox mehribandır. Putinin sözlərinə görə, bəzi ölkələrin, o cümlədən, Avropa ölkələrinin siyasi elitasından fərqli olaraq, onların Rusiya ilə bağlı fikirləri dəyişmir.
Putin Avstriya ərazisində sovet qoşunlarının olduğunu xatırladıb.
Vladimir Putin MDU-nun elmi vadisini ziyarət etdikdən sonra İqtisadiyyat fakültəsində tələbələrlə görüşüb. Görüş “Smotrim” media platforması və “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb.
Yeganə
Həmçinin oxuyun: