Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Elchi.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.
Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Dirk Kuyt “Fənərbağça”dan getdi
Türkiyənin "Fənərbağça" klubu niderlandlı mütəxəssis Dirk Kuytla yollarını ayırıb. Elchi.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Xatırladaq...






















Son şərhlər