Avropa Birliyi İran qazına keçməyi planlaşdırır

🗓 25.09.2014 03:01 ✍️ "Elçi" qəzeti
Avropa Birliyi uzunmüddətli strategiya çərçivəsində İrandan təbii qazın idxalı variantını nəzərdən keçirir.img1641250 Musavat.com-un “Reuters”ə istinadən verdiyi məlumata əsasən, müvafiq qərar Rusiya ilə münasibətlərin soyuqlaşması, həmçinin, Qərbin tədricən Tehranla yaxınlaşması səbəbindən qəbul edilə bilər.
Ancaq belə əməkdaşlıq üçün iki şərt təmin edilməlidir: mübahisəli nüvə proqramına görə tətbiq edilən sanksiyaların Tehrandan götürülməsi və qaz boru xətti infrastrukturun yaradılması. Odur ki, yaxın illər üçün İran təbii qazının idxalı məsələsi gündəlikdə deyil.
Analitiklərin proqnozuna görə, əgər müvafiq infrastruktur inşa edilsə, Tehran 2020-ci ilin əvvəlinə Avropaya ildə 10-20 milyard kub metr qaz göndərə bilər. Hazırda isə Avropanın ən böyük qaz təchizatçısı Rusiyadır. Rusiya Avropanın tələbatının 1/3-ni ödəyir ki, bu da 80 milyard dollar civarında qiymətləndirilir.

Bənzər yazılar