Avronun məzənnəsi 27 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 77 rublu ötüb.
Elchi.az xəbər verir ki, Moskva birjasında dekabrın 22-də keçirilən hərraclar zamanı avronun məzənnəsi bu hərraclardan sonra 77 rublu ötüb.
Moskva vaxtı ilə saat 11:59-a olan məlumata görə, Avropa valyutası 1,87% bahalaşaraq 77,02 rubla yüksəlib. Daha sonra avro 76,99 rubl səviyyəsində olmaqla, artımını 1,83%-ə qədər ləngitdi.
Dolların məzənnəsi 1,83% – 72,3 rubla qədər yüksəlir.
Bundan əvvəl Sovcombank-ın baş analitiki, rusiyalı maliyyəçi Mixail Vasilyev 2023-cü ildə dolların artımını proqnozlaşdırmışdı. Ekspert qeyd edib ki, gələn il ABŞ valyutasını tənəzzül, rekord inflyasiya, dünyada faiz artımı, ərzaq və enerji böhranları itələyəcək.
KP.RU saytının yazdığı kimi, dekabrın 22-i cümə axşamı günü Moskva birjasında dolların məzənnəsi 29 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 71 rublu ötüb.
Şayəstə