"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Attestat ala bilməyən Nobel ödüllü yazıçı

26 Aprel 2015 - 14:08
in KÖŞƏ YAZILARI
FacebookVatsap
img1799674Etibar Əliyev, 
Fəlsəfə doktoru

O, müharibə zamanı, amerikan düşərgəsində Roma Papası ilə zər atıb gələcəyi müəyyən etmək istəyib

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Bu ilin aprel ayının 13-də böyük alman yazıçızı, Nobel mükafatı laureatı Günter Qrass dünyasını dəyişdi. Qrass 32 yaşında yazdığı “Tənəkə təbil” romanına görə Nobelə layiq görülüb. Bu romanın baş qəhrəmanı Oskar Maserat dünyaya göz açandan cəmiyyətlə, dünya ilə şəxsiyyətin üz-üzə durduğunu, bir-birinə qənim kəsildiyini sövqi-təbii dərk edir və dünyanın heç bir işində iştirak etməmək qərarına gəlir. O, 3 yaşına çatanda böyüklərin ürəkbulandırıcı hərəkətlərinə etiraz əlaməti olaraq böyümək belə istəmir. Yalnız anasının ona hədiyyə etdiyi ucuz təbil onu həyatla barışdırır. Təbil çubuqları ilə ətrafdakı bütün əşyaları döyəcələyən Maserat bununla dünyaya mənfi münasibətini ifadə edir. Başqa sözlə, bu yeniyetmə öz dünyagörüşünü sözdə, poeziyada, rəssamlıqda yox, çubuqların arasıkəsilməz şəkildə döyəcələməsində təcəssüm etdirir.
Günter Qrassın məktəblə bağlı problemləri olmuşdur, o, sinifdə qalmış, kamal attestatı ala bilməmişdir. Lakin əvəzində sonralar bir sıra universitetlərin və akademiyaların fəxri professoru və akademiki olmuş, Berlin incəsənət Akademiyasının prezidenti vəzifəsində çalışmışdır. Bu, ona təhsil islahatları, xarici və daxili siyasətin aparıcı problemləri, ekologiya, inkişaf etməkdə olan ölkələrə yardım kimi qlobal mövzularda çıxış etməyə mane olmamışdır. Qrassın bu və ya digər məsələ ilə bağlı rəyini öyrənmək üçün ən nüfuzlu dünya forumları, məsələn, Roma klubu, nüfuzlu ixtisas cəmiyyətləri (məsələn, müəllimlər cəmiyyəti), partiya qurultayları onu öz məclislərinə dəvət edirdilər.
Onun intellektual bioqrafiyası Almaniyada müharibədən sonrakı ictimai dialoq kimi, yazıçının özünün təşəbbüskarı olduğu mühüm kütləvi disskusiyyaların tarixçəsi kimi oxunur. Yeri gəlmişkən, Qrass başqa auditoriyalar ilə də təmas yarada bilirdi. O, seçki kampaniyaları dövründə, xüsusilə 1965 və 1969-cu illərdə, yüzlərlə şəhər gəzmiş və çoxsaylı seçicilərlə görüşlər təşkil etmişdir. Qrass həmişə həmfikirlərinin yox, əleyhdarlarının olduğu yerlərə getməyə üstünlük verirdi. O, əleyhdarlarının mövqeyini dəyişməyə, heç olmasa düşünməyə sövq etməyə cəhd göstərirdi. İnadkarlıq, natiqlik istedadı, polemik ehtiras onun opponenti üzərində qələbəsini təmin etməsə də, ona hörmət qazandırırdı.

 “Günter Qrassın məktəblə bağlı problemləri olmuşdur, o, sinifdə qalmış, kamal attestatı ala bilməmişdir. Lakin əvəzində sonralar bir sıra universitetlərin və akademiyaların fəxri professoru və akademiki olmuş, Berlin incəsənət Akademiyasının prezidenti vəzifəsində çalışmışdır”

Almaniyanın kansleri Villi Brandt bir tərəfdən Qrassa ona dostcasına “sən”lə müraciət etməyi xahiş edir və onun yardımından istifadə edir, digər tərəfdən ona hər hansı siyasi vəzifə təklifinə risk etmirdi.
Onun axırıncı kitabı ətrafında yaranmış münaqişələr səngimək bilmir. Roman “Yaddaşın soğanağı” adlanır. Əsər iki sualın cavabının axtarışına həsr olunmuşdur: onlardan birincisi yazıçını bütün yaradıcılığı boyu izləmiş, onun bütün kitablarında öz əksini tapmış və hal-hazırda da aktuallığını saxlamışdır. Dunyaya böyük maarifçilər və humanistlər vermiş, dünyada ən yaxşı hesab olunan klassik məktəb təhsili və pedoqogika sistemini yaratmış Almaniya, ideyaları bu günün özündə də gənc almanlar arasında tərəfdar tapmaqda olan nasional-sosializmə necə yuvarlanmışdır?!
Əsərdə qoyulan ikinci sual daha maraqlıdır: əyalətdə yaşayan xırda dükançı ailəsində doğulmuş, ətrafdakıları öz qeyri-adi qabiliyyəti ilə heyrətləndirməyən, zəif oxuyan, sinifdə qalan, hətta məktəbdən xaric olunan, müharibənin maneçiliyi ucbatından hətta kamal attestatı ala bilməyən adi danışıqlı yeniyetmənin həyatını, taleyini döndərən nə olmuşdur? İlk baxışdan meşşan təbiətli, intellektual səviyyəsi ilə fərqlənməyən ətrafdakı adamlar, müharibə illərinin və müharibədən sonrakı dövrün çətinlikləri onun sənətkar və yazıçı olmasına maneçilik törədirdi. Lakin axi nə isə və yaxud kim isə onu incəsənətə meylə sövq etmiş, onda yaradıcılıq qığılcımı, vətəndaşlıq hissi formalaşdırmışdır? Axı özünügerçəkləşdirmədən ötrü lazım olan enerji haradansa peyda olmuşdur?! Qrassın “Bütün mənə həyat dərsi demişlərə həsr olunur” sözləri ilə başlayan “Yaddaşın soğanağı” kitabında yazıçı bu məsələlər üzərində düşünür.
Son dövrlər Günter Qrassı faşizmə xıdmət etməsi ilə bağlı qınamağa başlamışdılar. Lakin yazıçı hesab edir ki, on yeddi yaşlı yeniyetmənin SS qoşunları sırasına çağırılması kifayət qədər adi hadisədir. Müharibənin sonlarına yaxın o, həmyaşıdlarından çox nadir hallarda hansı hərbi hissədə qulluq etdiyini xəbər alırdı: çünki döyüşmək istəmədiyinə, qorxduğuna, fərarilik etdiyinə, bəzən də elə-belə, hərbi hissəsindən ayrı düşdüyünə görə on minlərlə insanı güllələmişdilər. Bəli, ön hissədə keçirdiyi bir neçə gün onun yaddaşına möhkəm həkk olunmuşdu, başlıcası isə onda “yalnız təsadüf nəticəsində sağ qalmaq hissini” doğurmuşdu.
Qrassın Roma papası ilə zər atması
“Yaddaşın soğanağı”nda başqa bir epizod da var: Qrass hərbi əsirlər üçün amerikan düşərgəsində bir yerdə olduğu dostu ilə zər atır. Zər atmaqla onlar müəyyən etmək istəyirdilər ki, kim böyük kilsə xadimi, kim isə məşhur yazıçı olacaq. Hal-hazırkı Papa Yozef Ratsingerin zərdə bəxti gətirir. Sonralar bu səhifələri oxuyan jurnalistlər cavab üçün dəfələrlə Vatikana müraciət etmiş olsalar da, kilsə şərh verməkdən boyun qaçırmışdı.
Bəs zərda uduzan Qrass necə? On iki ildən sonra isə o, həqiqətən dünya şöhrətli yazıçı oldu. Ancaq Qrass papadan fərqli olaraq saxta “soyqırım”la bağlı vicdansızlığa yol vermədi. Özü də yazıçılıq statusunun ona böyük sərbəstlik verməsinə baxmayaraq o, bunu etmədi.
Allah ona rəhmət eləsin.
Previous Post

Attestat ala bilməyən Nobel ödüllü yazıçı

Next Post

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.