"Atletiko" Fransa millisinin futbolçusunu istəyir

🗓 26.07.2014 15:18 ✍️ "Elçi" qəzeti
"Atletiko" (Madrid) klubu "Real Sosyedad"ın hücumçusu Anton Qrizmanı transfer etmək istəyir.img1609499
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi artıq bir ay fransalı futbolçu ilə danışıqlara başlayıb.
"Atletiko" 23 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır. Lakin Qrizmanın təzminat qiyməti 30 milyon avro olduğundan "Real Sosyedad" klubu bu təkliflə razılaşmayıb. İspaniya təmsilçisi gənc və istedadlı futbolçunu daha yüksək satmaq niyyətindədir.
Qeyd edək ki, Fransa millisində 9 oyun keçirən Qrizman cəmi 3 dəfə rəqib qapılarına yol tapıb.
 

Bənzər yazılar