"Atletiko" "Çelsi"nin təklifini rədd etdi
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, London təmsilçisi "Atletiko"nun müdafiəçisi Miranda de Souza da heyətinə qatmaq niyyətindədir.
Artıq "Çelsi" braziliyalı futbolçunun transferi üçün qarşı tərəfə 25 milyon avro təklif göndərib. Lakin Madrid klubu bu təklifi rədd edib. "Atletiko"nun Miranda üçün ingilis klubundan 30 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, "Çelsi" daha öncə "Atletiko"dan Dieqo Kosta və Felipe Luisi transfer edib.