"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Atlant”dakı silahlı məmur uşaqları həbs edildi – (Video)

18 Dekabr 2014 - 16:42
in GÜNDƏM, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

“Atlant” istirahət mərkəzində xuliqanlıq edən şəxslər həbs edilib.

Bunu da oxuyun

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

01Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 1 avqust, 2014-cü il tarixdə saat 24 radələrində Xaçmaz rayonunda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində Bakı şəhər sakini Əliyev Ziya Elxan oğlunun tanışı Ağayev Vüqar İslam oğlu ilə sərxoş vəziyyətdə qrup halında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində silah qismində istifadə edilən ov tüfənginin tətbiq olunacağı hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, o cümlədən sonuncunun diskotekanın işçisini nalayiq sözlərlə təhqir etməsində və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən istirahət mərkəzinin mühafizəçilərinə müqavimət göstərməklə onlara xəsarət yetirməsində, habelə Z.Əliyevin onun qərəzli hərəkətlərinə dəstək verərək gəzdirdiyi “Çatuş C-507” markalı ov tüfəngini nümayiş etdirib atəş açacağı və istirahət mərkəzində olan şəxslərə real xəsarət yetirəcəyi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri törətmələrində əsaslı şübhələr olduğundan faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Z.Əliyev və V.Ağayev tutularaq istintaqa cəlb edilib və onlara CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə Səbayel Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir.

Qeyd edək ki, Ziya Əliyev Quba rayon bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur.

Yada salaq ki, “Atlant”dakı həmin hadisənin videogörüntülərini ilk dəfəvirtualaz.org saytı yaymışdı. Dekabrın 11-də yayılan videodan da görünürdü ki, Azərbaycan məmurlarından birinin oğlu əlində silah tutaraq Nabrandakı “Atlant” istirahət mərkəzinin müştərilərini güllələməklə hədələyir.

İnsident baş verəndə mətbuatda belə məlumatlar yayılmışdı ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevin oğlu gecə “Atlant”da avtomatdan atəş açıb. Doğrudur, Quba RİH başçısı o vaxt bu məlumatı təkzib edərək oğlunun həmin vaxt evdə olduğunu, Quba RİH-in sözçüsü isə gəncin xaricdə olduğunu demişdi.

Bu dolaşıq izahat da müəmmaları artırırdı. Üstəlik həmin vaxt heç kəs məsuliyyətə cəlb olunmamışdı. Hüquq-mühafizə orqanları isə belə bir silahlı insidentin ümumiyyətlə baş vermədiyini iddia edərək xəbəri təkzib etməyə çalışmışdı.

Lakin dediyimiz kimi, ötən həftə bu davaya dair sensasion video əldə edib yaydıq. Həmin videogörüntülər silahlı insidentin icra başçısının oğlu tərəfindən törədilməsi versiyasını dərhal inkar etdi. Çünki kadrdakı silahlı şəxs başqası idi. Amma onun şəxsiyyətini o vaxt müəyyən edə bilməmişdik.

Lakin virtualaz.org saytının apardığı araşdırmalar nəticəsində həmin silahlı məmur oğlunun kimliyinə də dünən aydınlıq gətirdik.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, bu hadisə ciddi ictimai rezonans doğurduğundan Quba Rayon Prokurorluğunda fakt üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər silahlı şəxsin Ziya Əliyev adlı gənc olduğunu müəyyənləşdiriblər.

Ziya Əliyev Quba Rayon Bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur. Maraqlıdır ki, Elxan Əliyevin özü hazırda həbsdədir. O, 2012-ci ilin martında baş vermiş Quba iğtişaşlarına görə cəza çəkir. Ziya Əliyev özü isə Binə aeroportunun polis rəisinin yaxın qohumudur.

Z.Əliyevin qardaşı ilə bağlı da maraqlı fakt ortaya çıxıb. Virtualaz.org saytı xəbər verir ki, keçmiş bələdiyyə sədri Elxan Əliyevin digər oğlu Bəhram Əliyev də 2010-cu ildə ölümlə nəticələnən hadisəyə səbəb olub.

Belə ki, B.Əliyev “Mercedes” markalı, 40 AA 022 dövlət nömrə nişanlı avtomaşını yüksək sürətlə idarə edərkən piyadanı vurmuşdu. Qəza zamanı 45 yaşlı İmran Əliyev hadisə yerində keçinmişdi.

İlkin

Virtualaz.org

 

Previous Post

“Atlant”dakı silahlı məmur uşaqları həbs edildi – (Video)

Next Post

Azərbaycanın 3 rayonunda silahlı insident baş verib: iki nəfər ölüb

Bənzər yazılar

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

13 Noyabr 2026 - 11:07

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Elchi.az-a Müdafiə...

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

13 Noyabr 2026 - 10:16

Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən...

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12

Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib. Bu barədə Elchi.az-a...

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

12 Noyabr 2026 - 16:45

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç...

Next Post

Azərbaycanın 3 rayonunda silahlı insident baş verib: iki nəfər ölüb

Azərbaycanın 3 rayonunda silahlı insident baş verib: iki nəfər ölüb

Son xəbərlər

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.