ATƏT nümayəndə heyəti “Boing-777” sərnişin təyyarəsinin düşdüyü əraziyə gəlib
ATƏT nümayəndə heyəti Ukraynanın şərqində Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin
düşdüyü əraziyə gəlib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti 20 nəfərdən ibarətdir. ATƏT nümayəndələrinin hadisə yerinə 5 avtomobildə gəldiyi, əraziyə baxış keçirdiyi və xilasedicilərlə söhbət etdiyi bildirilir. ATƏT nümayəndə heyətinin üzvləri mətbuat nümayəndələrinə hələlik heç bir açıqlama verməyiblər.