Dörd ildən artıqdır ki, Londonun Belmarş həbsxanasında olan Vikiliksin yaradıcısı Culian Assancın səhhəti getdikcə pisləşir.
Elchi.az xəbər verir ki, bu barədə onun arvadı Stella Moris-Assanc deyib.
O, ərinin keçən il oktyabr ayında kiçik insult keçirdiyini və hazırda dərman qəbul etdiyini bildirib:
“Əlbəttə, onun fiziki sağlamlığı pisləşir və mən nəyinsə baş verə biləcəyindən çox narahatam”.
Qeyd edək ki, Assanc 2019-cu ilin aprelində Ekvadorun Londondakı səfirliyinin ərazisindən qovulduqdan sonra nəzarətə alınaraq Belmarş həbsxanasına yerləşdirilib. Vaşinqton Londondan onun ABŞ-a ekstradisiyasına çalışır, lakin buna nail ola bilmir. 52 yaşlı Assanc Amerika tarixində ən böyük məxfi məlumatların yayılmasına görə ittiham olunur.
Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...





















Son şərhlər