“Türkmənistan və Azərbaycandan təbii qazın Türkiyəyə, sonra isə dünya bazarlarına tədarükü sahəsində əməkdaşlıq etibarlılıq və təhlükəsizlik təminatlarına əsaslanmalıdır”.
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla dünənki görüşündə bildirib.
Elchi.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Türkmənistan rəhbərinin sözlərinə görə, hər üç ölkə dünya bazarlarına enerji təchizatının əlaqələndirilmiş və çoxşaxəli sisteminin yaradılmasının tərəfdarıdır. O qeyd edib ki, qaz sektorunda üçtərəfli əməkdaşlıq, tədarük kanallarının şaxələndirilməsi və onların istismarı çoxtərəfli maraqlar nəzərə alınmaqla aydın və dəqiq standartlara, habelə etibarlılıq və təhlükəsizlik təminatlarına əsaslanmalıdır.
Yeganə