"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

AŞPA prezidenti İlyas İsmayılovun sərt suallarından yayındı

23 Sentyabr 2014 - 17:25
in SİYASƏT
FacebookVatsap

65057_res_01Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Ann Brasör bu gün Azərbaycanda fəaliyyət göstərən parlament partiyalarının sədrləri ilə görüşüb. Milli Məclisin binasında baş tutan görüşdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da çıxış edib.

Bunu da oxuyun

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

Virtualaz.org partiyanın mətbuat xidmətinə istinadən bildirir ki, İ.İsmayılov AŞPA prezidentinin diqqətini iki vacib məsələyə cəlb edib.

Deputat deyib: “Birincisi, siz bizdən Avropa standartlarına əməl etməyi tələb edirsiniz. Bir halda ki, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, deməli, üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməliyik. Yəni insanın hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin təmin edilməsi və demokratiyanın inkişafı istiqamətində fəaliyyət göstərməliyik.

Bununla yanaşı, Avropa ölkələrinin bir çoxunda Avropa standartlarına zidd qanunlar qəbul edilir, lakin buna heç etiraz da bildirilmir. Məsələn, İsveçrədə, Sloveniyada, Fransada, bu günlərdə isə Yunanıstanda uydurma erməni genosidini etiraf etməmək cinayət hesab edilib. Avropanın göbəyində insanlar orta əsrlərdə olduğu kimi fikrə, düşüncəyə görə təqib olunurlar. Çox təəssüf ki, artıq bu ideyadan praktikaya da çevrilib. İsveçrədə belə məhkəmə təcrübəsi var. XXI əsrdə Avropada insanın fikrə, düşüncəyə görə təqib etmək – bu Avropa ruhuna, insanın hüquq və azadlıqlarına uyğundurmu?

Vaxtilə Avropanın ağıllı başları – Volter, Monteskyö, Çezari Bekkari və başqaları orta əsrlərdə hökm sürən və indi də Avropa məkanına köçürülən cəhalətə qarşı mübarizə apararaq tələb edirdilər ki, insanı fikrinə, düşüncəsinə görə deyil, konkret əməlinə görə mühakimə etmək olar. Sonralar bu mütərəqqi fikirlər reallığa çevrildi. İndi isə erməni yalanlarına qulluq edən Avropa cəhalət yoluna qədəm qoyur. Buna münasibətiniz?

İkincisi, Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçı-terrorçu hərəkat baş verdi. Bu da erməni millətçilərinin dənizdən-dənizə “Böyük Ermənistan” qurmaq kimi absurd ideyalarının tərkib hissəsidir. Belə ki, hələ 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı keçirildi. Qurultayda bir məsələ – Ermənistanın ərazisinin genişləndirilməsi müzakirə olundu. Bir səs çoxluğu ilə qərara alındı ki, Gürcüstan ərazisindən deyil, Azərbaycandan – Dağlıq Qarabağdan başlamaq lazımdır. Çox təəccüblüdür ki, qərarın surətini Moskvaya – Mixail Qorbaçovun ətrafında cəmləşənlərə də göndərdilər. Nəticəsi də göz qabağındadır.

İndi bu separatçı-terrorçu hərəkata qanuni don geyindirməyə çalışırlar. Belə ki, erməni millətçiləri və onların Qərbdə, Amerikada olan havadarları beynəlxalq ictimaiyyəti aldadaraq söyləyirlər ki, bu münaqişəni həll etmək çox çətindir, çünki Azərbaycan tərəfində beynəlxalq hüququn bir prinsipi – ərazi toxunulmazlığı, ermənilər tərəfində isə bu hüququn guya ikinci prinsipi – xalqların öz müqəddəratını müəyyən etmək durur. Çox təəssüf ki, bu yalanı bu yaxınlarda Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik də təkrar etdi.

Hamıya aydındır ki, ermənilər bir xalq kimi artıq öz müqəddəratını müəyyən edib Ermənistan Respublikası qurublar. Dağlıq Qarabağda yaşayan ermənilər xalq deyillər, erməni kökənli məskundurlar. Başqa dövlətlərin ərazisində yaşayan ermənilər təkrarən öz müqəddəratlarını müəyyən edə bilməzlər. Əks halda dünyada – Rusiyada, Fransada, ABŞ-da, Argentinada, Gürcüstanda və s. yerlərdə onlarla erməni dövləti yarana bilər ki, bu absurddur və buna heç yol da verilə bilməz. Düşünürəm ki, biz bir xalq olaraq hər bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik. Bunun üçün əzmkarlığımız da, tələb olunan gücümüz də var. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Buna münasibətiniz?”.

Təəssüf ki, AŞPA prezidenti bu suallara cavab verməyib. Daha dəqiq desək, birinci suala “biz o dövlətlərin işinə qarışa bilmərik” deməklə kifayətlənib. İkinci məsələyə isə ümumiyyətlə münasibət bildirməyib.

Nüsrət

Previous Post

AŞPA prezidenti İlyas İsmayılovun sərt suallarından yayındı

Next Post

DYP-dən Mətanət Əsədova açıqlaması: “O, yalan danışır”

Bənzər yazılar

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

12 Avqust 2026 - 11:31

Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

12 Avqust 2026 - 11:28

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.  

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

12 Avqust 2026 - 11:02

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına Ulu Öndər Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb. Elchi.az...

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb – SƏRƏNCAM

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb – SƏRƏNCAM

12 Avqust 2026 - 10:15

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Elchi.az xəbərinə görə, Sərəncamda bildirilib ki, qədim...

Next Post

DYP-dən Mətanət Əsədova açıqlaması: “O, yalan danışır”

DYP-dən Mətanət Əsədova açıqlaması: “O, yalan danışır”

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.