"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Asiya ölkələrinin nazirləri Bakıda görüşəcək

06 Noyabr 2017 - 12:44
in SİYASƏT
FacebookVatsap
Asiya ölkələrinin nazirləri Bakıda görüşəcək
“Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək.

XIN-in mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, 7-ci nazirlər konfransında “Asiyanın Qəlbi” – İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcək.

Bunu da oxuyun

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Nazirlər konfransından öncə 30 noyabr tarixində yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.

“Asiyanın Qəlbi” – İstanbul Prosesinin Hindistanın Amritsar şəhərində 4 dekabr 2016-cı ildə keçirilmiş nazirlər konfransının yekun Amritsar bəyanatında “Asiyanın Qəlbi” – İstanbul Prosesinin 2017-ci il üzrə Əfqanıstanla birlikdə həmsədri kimi növbəti nazirlər toplantısının ölkəmizdə keçirilməsinə dair Azərbaycanın niyyəti təqdir edilib.

Azərbaycanın “Asiyanın Qəlbi” – İstanbul Prosesinə həmsədrliyi dövründə İstanbul Prosesi çərçivəsində yüksək səviyyəli rəsmilərin görüşü 17 mart 2017-ci il tarixində Bakıda təşkil olunub. “Asiyanın Qəlbi” – İstanbul Prosesi “Asiyanın Qəlbi” regionda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi” – İstanbul Prosesində iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi” – İstanbul Prosesinə qoşulub.

Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, qonşu dövlətlərlə ticarət əlaqələrinin canlandırılması və regional bağlantılarının artırılması məqsədilə Azərbaycan Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. İstanbul Prosesi çərçivəsində Regional infrastruktur üzrə etimad quruculuğu tədbirləri layihəsində Türkmənistanla həm-rəhbər dövlət kimi çıxış edən Azərbaycan Əfqanıstan və digər tərəfdaşlarla birlikdə bu sahədə işləri davam etdirir. Regional infrastruktur üzrə etimad quruculuğu tədbirləri layihəsinin növbəti regional texniki qrupunun iclası 27 noyabr 2017-ci il tarixində Bakıda keçiriləcək.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməkdə olan regional bağlantı layihələri, o cümlədən fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir-yol xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzərin sahilində logistika mərkəzi, Azərbaycan və İran İslam Respublikasının dəmir-yol şəbəkələrinin birləşdirilməsi Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə multi-modal imkanlarla trans-regional infrastrukturun inkişafı baxımdan keyfiyyətcə yeni nailiyyətlərdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və yüklərin daha qısa və daha az vaxt kəsimində səmərəli şərtlərlə çatdırılması üçün regionla bağlantısını təmin edəcək.

İstanbul Prosesi çərçivəsində Rusiya Federasiyası ilə birlikdə narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin həm-rəhbəri olan Azərbaycan region üçün ciddi təhdid olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Əfqanıstan və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin regional texniki qrupunun növbəti iclası 10 noyabr 2017-ci ildə Bakıda keçiriləcək.

İkitərəfli əsasda Azərbaycan öz təcrübəsini Əfqanıstanla bölüşür və yaxşı idarəçilik, müdafiə, hüquq-mühafizə və minaların təmizlənməsi üzrə təlim yardımlarını təmin edir.

Həmçinin, Azərbaycan şəxsi heyət, multi-modal tranzit imkanları, təlim və maliyyə yardımı təmin etməklə NATO-nun Əfqanıstanda İSAF-dan sonrakı “Qətiyyətli Dəstək Missiyası”na töhfə verir. Azərbaycan Əfqanıstan Milli Ordusunun etimad fonduna töhfə verib və bu fondu dəstəkləməkdə davam edəcək.

“Asiyanın Qəlbi” – İstanbul Prosesinin həmsədri və 7-ci nazirlər konfransının ev sahibi kimi Azərbaycan ikitərəfli əsasda, İstanbul Prosesi çərçivəsində və eləcə də çoxtərəfli platformalarda Əfqanıstandakı sabitlik, sülh şəraitində quruculuq və inkişafı dəstəkləyəcək.

 

Previous Post

Asiya ölkələrinin nazirləri Bakıda görüşəcək

Next Post

Braziliyanın XİN rəhbəri Azərbaycana gəlir

Bənzər yazılar

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. Elchi.az xəbər verir ki, dövlətimizin...

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək. Elchi.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında...

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Niderland Krallığının xarici işlər naziri Tom Berendsenin təkbtək görüşü başlayıb. Elchi.az xəbər...

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir kİ, məktubda deyilir:...

Next Post

Braziliyanın XİN rəhbəri Azərbaycana gəlir

Braziliyanın XİN rəhbəri Azərbaycana gəlir

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14
Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59
Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.