Asiya bazarında yeni oyunçu

130

Honq-Konqda nəşr olunan “South China Post” qəzeti Türkiyə məhsullarının Asiya bazarında Cənubi Koreyadakı rəqabətindən bəhs edib.
Elchi.az xəbər verir ki, yazıda Türkiyənin müdafiə sektorunun Yaxın Şərq və Ukraynadan sonra Asiyada ön plana çıxdığı yazılıb.
Türkiyənin dünya bazarındakı payı artır.
Türk müdafiə sənayesindəki irəliləyişlər tez-tez dünya mətbuatının mövzusudur.
Bu dəfə Honq-Konqda çıxan “South China Post” qəzeti Türkiyənin Asiya ölkələrinin silahlanmasında artan rolundan yazıb.
Məqalədə NATO üzvü olan Türkiyənin asiyalı alıcılara ilkin şərt olmadan yüksək texnologiyalı müdafiə sənayesi məhsulları təklif etdiyi bildirilib. Türkiyənin müdafiə sənayesinə Yaxın Şərq və Ukraynada da tələbat olduğu xatırladılıb.
Türk məhsullarının Cənubi Koreya ilə NATO standartlarında Asiyadakı rəqabəti artıq qiymətləndirilib.

Şayəstə Hüseynova