Arsen Venger Cerardın cavabını verdi

🗓 02.08.2014 13:06 ✍️ "Elçi" qəzeti
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger "Liverpul"un kapitanı Stiven Cerardın cavabını verib.img1612007
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, fransız mütəxəssis Cerardın "Suares "Arsenal" üçün çox yaxşı futbolçudur" fikirlərinə belə münasibət bildirib:
"Heç kimin "Arsenal" üçün yaxşı olmadığını Cerard gözəl bilir. Məncə, Cerard Suaresin "Liverpul"da qalmasını istəyirdi, ona görə belə deyib. Ancaq olmadı, Suares "Barselona"ya getdi".
Qeyd edək ki, ötən mövsüm "Arsenal" Suares üçün 50 milyon avro təklif etsə də, müəyyən səbəblərdən bu transfer baş tutmamışdı.

Bənzər yazılar