Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin keçmiş “Arsenal” həmkarlarının onu təbrik etmək istədikləri ad günü ətrafında yaranan qalmaqala münasibət bildirib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, İngiltərə klubu keçmiş hücumçunun 42-ci ildönümü münasibəti ilə yazı dərc etsə də, ukraynalı azarkeşlərin kütləvi tənqidinə görə tezliklə onu silib.
Rusiya millisi vəziyyəti şərh edərək bildirib: “Yazını silə bilərsən, amma tarixi silə bilməzsən”.
“Səhər mənə zəng etməsəydilər, heç xəbərim də olmazdı”,-deyə Arşavin “Sport24”-ə bildirib.
O, əlavə edib ki, milli komandanın sosial şəbəkələrinin reaksiyası göz qabağındadır”.
Yeganə