"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Arif Hacılının öz potensialı ilə mənə qalib gəlməsinə inanmaram”

29 Sentyabr 2014 - 12:52
in SİYASƏT
FacebookVatsap

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu “Trend”-ə müsahibə verib.

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

65801_res_01Elchi.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:

– Müsavat Partiyasının qurultayında nədən narazı qaldınız, nə xoşunuza gəlmədi?

– Mənim Müsavatın qurultayı ilə bağlı narazılığım yoxdur, amma xoşuma gəlməyən məqamlar oldu. Bəri başdan deyim ki, seçki azad və şəffaf təşkil olunmuşdu. Ancaq həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyi, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı. Yəni, xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda, seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır.

Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, amma onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yeniləşməyində maraqlı olmayan adamlar idi, mövcud kursu saxlamağa üstünlük verənlər idi.

Digər məqam ondan ibarətdir ki, Müsavatda hələ də bir qrup bir şəxsə xitab edir. Təbii ki, bura da Şərqdir, Şərqdə belə hallar geniş yayılıb, Müsavat başqanı 22 ildir bu postda işinə davam edir. Yəni, onun adından sui-istifadə edib seçicilərin iradəsinə təsir etmə halları oldu. Xoşuma gələn məqamlar da var – təbii ki, səslərin şəffaf sayılması, səslərin sayılmasının mətbuat tərəfindən müşahidə olunması, səsvermə prosesinin özünün təşkilində bir az qüsurlar olsa da, bütövlükdə yaxşı təşkil olunması.

– Qubad bəy, belə başa düşdüm ki, İsa Qəmbərin adından sui-istifadələrin olması başqanlığa seçkilərin nəticəsinə təsir etdi?

– Əvvəla, onu da qeyd edim ki, mənə səs verənlər əksəriyyəti Müsavat partiyasında təmsil olunan ziyalılar, partiyanın yeniləşməsini istəyən, partiyada islahatların aparılmasını vacib hesab edənlər, yeni nəfəsin, yeni fikrin və yeni insanların gəlməsində maraqlı adamlar oldu. O da az olmadı. Bu, onu göstərdi ki, Müsavat partiyasında bunu istəyən kifayət qədər adam var.

Sözsüz ki, bütövlükdə götürdükdə xoşuma gəlməyən İsa bəyin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı.

– Sui-istifadə hallarının arasında İsa Qəmbərin özünün də Arif Hacılıya istiqamətlənmiş göstərişləri və onun başqanlığa namizədliyini dəstəkləməsinə dair digər hallar özünü büruzə verdimi?

– Jurnalistlər kimi müsavatçılar da ayıq adamlardırlar. Fikirlərimi bölüşənlər də var. Müşahidə etdiyim məqamlar əslində elə bu və digər səbəblər eləcə də sui-istifadə halları ilə bağlıdır. Sui-istifadə məsələsində icra strukturu, icra aparatı rol oynadı. Çünki icra aparatı rəsmi qurumdur və çatdırdığı mesajdan elə çıxırdı ki, bu rəsmi qəbul olunmuş mesaj idi. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram.

– Qubad bəy, partiyada bundan sonrakı fəaliyyətiniz necə olacaq?

– Partiyada mənim kifayət qədər tərəfdarlarım var. O özünü yalnız seçkinin nəticələri ilə ifadə etmir. Bilirsiniz ki, seçkidən kənarda qalan xeyli gənc, partiyanın qadınlar təşkilatı, ziyalıları, açıq şəkildə mənə dəstək verib. Seçkinin nəticələri də az göstərici deyil, kifayət qədər böyük göstəricidir. Biz bu qərarı birlikdə veririk, yəni bu, təkcə mənim fərdi qərarım deyil. Hər halda bizim məsləhətləşmələrdə ilkin rəy ondan ibarətdir ki, partiyada fəaliyyətimizi davam etdirək. Fəaliyyətimizin hansı formada, hansı formatda, hansı səviyyədə olması ilə bağlı müzakirələr gedir. Hələ ki, bizim nə seçkili orqanlarda, nə təyinatlı vəzifələrdə yer almaq fikrimiz var. İstəyirik ki, həm də yeni seçilmiş komandaya, eyni zamanda, onların köhnə platformasına bir meydan verək. Davam etsinlər, görək, Müsavatı hara aparırlar, necə inkişaf etdirirlər?

– Qubad bəy, yeni komandanın sizə qarşı təzyiqlərindən ehtiyatlanırsınızmı? Çünki siz fikirlərinizi açıq şəkildə ifadə etdiniz. Necə hesab edirsiniz, ola bilərmi ki, sizə və sizin komandanıza qarşı partiyada təpkilər, təzyiqlər olsun?

– Təbii ki, bizim bir işimiz də ondan ibarətdir ki, partiyanın nizamnamə əsasında idarə olunmasına nəzarət edək. Bu nizamnamədən kənar hansı hallar baş verəcəksə, əlbəttə ki, biz ona qarşı öz mövqeyimizi ortaya qoyacağıq. Bu mərhələdə həm də partiyanın nizamnamə ilə idarə olunması üçün çalışacağıq. Nizamnamədən kənar qərarlara laqeyd qalmayacağıq.

Previous Post

“Arif Hacılının öz potensialı ilə mənə qalib gəlməsinə inanmaram”

Next Post

Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirəyə (AQEM) Sədrliyi çoxtərəflidiplomatiyanın uğurlarını nümayiş etdirəm mühümfaktorlardan biridir. Rəsmi Bakı siyasi və...

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII...

Next Post

Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

Son xəbərlər

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.