Argentinada yüzlərlə insan prezident Xavyer Milei hökumətinin qənaət siyasətinə reaksiya vermək üçün meydanlara çıxıb.
Elchi.az xəbər verir ki, Argentina Ümumi İş Konfederasiyasının çağırışı ilə paytaxt Buenos Ayresdə yüzlərlə insan bir araya gələrək, Milei hökumətinin iqtisadi siyasətinə etiraz edib.
Polis ictimai əmlaka ziyan vuran 3 nəfəri saxlayıb.
Musiqi və şüarların müşayiəti ilə yürüş edən izdihamlı qruplar dekabrın 27-də çox daha əhatəli etiraz aksiyası təşkil edəcəklərini açıqlayıblar.
Nuranə Məmmədova