Argentina prezidenti Xavyer Milei İsrailə səfəri zamanı ölkəsinin səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətində olduğunu bir daha bəyan edib. HƏMAS Argentinanın öz səfirliyini Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürmək qərarını pisləyib.
İsrailin xarici işlər naziri Yisrael Katz Təl-Əvivin Ben Qurion hava limanında qarşıladığı Miley ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumatda Mileinin Argentina səfirliyini Qüdsə köçürmək niyyətində olduğunu bir daha bəyan etdiyi bildirilib. Qeyd olunub ki, Katz İsrailə verdiyi dəstəyə və səfirliyi Qüdsə köçürmək qərarına görə Mileyə təşəkkür edib.
Nuranə Məmmədova