Argentina prezidenti Xavyer Miley hansı halda referendum elan edəcəyini bildirib. Elchi.az xəbər verir ki, o, bu barədə “La Nación” qəzetinə müsahibəsində bildirib.
Miley referendumun çağırılması üçün şərtin adını çəkdi və parlamentdə onun islahatlarına dəstək olmadıqda bunu edəcəyini vurğuladı. Prezidentin 300 islahatla bağlı fərmanı yaxın bir neçə gün ərzində qüvvəyə minəcək, lakin parlament buna veto qoya bilər.
Qeyd edək ki, bundan əvvəl Mayli 300-dən çox iqtisadi islahatlarla bağlı fərman imzalayıb. “Yaxın günlərdə parlamentin fövqəladə iclasını çağıracağıq və onlara dəyişiklik prosesində irəliləmələrini xahiş edən qanunlar paketini göndərəcəyik” – deyə o bildirib.
Havar Şəfiyeva