Araz Ağalarov: "2015-ci ildə vəziyyət mürəkkəb olacaq”

🗓 28.11.2014 19:11 ✍️ "Elçi" qəzeti
Araz Ağalarov: "2015-ci ildə vəziyyət mürəkkəb olacaq”
“Bütünlüklə, 2015-ci ildə vəziyyətin mürəkkəb olacağını düşünürəm”.img1690429
Azərbaycan mənşəli rusiyalı iş adamı Araz Ağalarov dünya neft bazarında baş verən ucuzlaşma ilə bağlı çox ümidsiz danışıb.
ANS PRESS-in məlumatına görə, Moskvada azərbaycanlı iş adamının vəsaiti ilə tikilmiş Pavşinsk körpüsünün açılışı zamanı Araz Ağalarov bildirib.
“Məsələ bundadır ki, bizim ölkə müəyyən mənada neft iynəsinin üstündə oturur. Təəssüf ki, yaxın gələcəkdə qiymətlərin qalxması gözlənmir. Çünki dünya bazarında pay uğrunda müharibə gedir. Səudiyyə Ərəbistanı və başqa neft hasilatçısı ölkələr istəmirlər ki, şist nefti bazara girsin.
Buna görə də qiymətlər yetərincə aşağı olacaq. Bu mənim qiymətləndirməmdir, mən də səhv edə bilərəm. Amma düşünürəm ki, bütünlüklə 2015-ci ildə vəziyyət mürəkkəb olacaq”, - deyə Araz Ağalarov vurğulayıb.

Bənzər yazılar