"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Aprel əfsanəsi

05 Aprel 2020 - 10:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Qəhrəmanlıq nədir? Bu suala cavab vermək asan olduğu qədər də düşündürücüdür. Həm sevinc, həm də kədər hissləri yaradan və yaşadan bu sözün ünvanı olan insanlar qəlbimizdə əbədi məskən salıb. Böyük kədərin yaratdığı sevinc bizi qürurlu edir, başımızı dik tutmağa, əfsanələşmiş övladlarımızla öyünməyə sövq edir. Ölümləri ilə, Vətən naminə həyata vida deyən qəhrəmanlarımız…
Yurdumuzun başı üstünü qara buludlar alanda, sərhədlərimizi qorumaq üçün yağı düşmənlə üz-üzbəüz  döyüşlərdə nə qədər igidlərimiz şəhid oldu. Nişan üzüyü barmaqda, övladı qundaqda, ürəyi sevdiyi qızda qalan oğullarımız şəhidlik şərbətini içdilər. Toyunun sədaları qulaqlardan getməmiş Azərbaycan bayrağına bükülüb valideynlərə “hədiyyə” gələn ciyərparələrimiz oldu. Onların sayı  çoxdur. Bu gün ölümündən dörd il keçən Pəncəli Teymurov da belə qəhrəman oğullarımızdandır. Onun haqqında yazılanlara, həyatına, döyüş yoluna həsr edilən xatirələrə baxdıqda, oxuduqda, insanın ürəyi fəxrlə döyünür. İnsan qürurlanır ki, onun belə qəhrəman, ölümündən qorxmayan igidi olub.
Pəncəli Teymurov haqqında yazılanlardan öyrənirik ki, o,1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə rayonun, B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. 
Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Hər gənc ən xoş günündə özünə  xoşbəxt yaşamaq, oğul-uşaq sahibi olmaq arzu edər.  Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.Hamı bir anlıq donub qalmışdı. Onun ürəyindən çıxan bu sözlər heç də elə indi, toy günü düşünülməmişdi. Hələ uşaq yaşlarından müəllim olmaq istəyən 9 yaşlı Pəncəli Xocalı soyqırımı ilə bağlı kadrlara baxanda fikrini dəyişmiş, qətiyyətlə demişdi: “Mən müəllim yox, hərbçi olacağam. Vətənimi düşməndən təmizləyəcəyəm!” Pəncəli Teymurovun öz toyunda bu cür ürəkdən çıxış etməyi hər kəsi qürurlandırmış, onların ürəyini dağa döndərmişdi. O, 1999-cu ildə hərbi xidmətə yola düşdü. Elə ilk gündən kəşfiyyatçı kimi özünü göstərə bilmiş, bir sıra əməliyyatları uğurla həyata keçirmişdi. Əsgərlikdən sonra könüllü olaraq həyatını hərbiyə bağlayan Pəncəli yenidən ordu sıralarına yazılmış, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin taborlarından birində xidmətə başlamışdı. Kəşfiyyatçı kimi daim düşmən cəbhəsinin arxasında xidmət göstərmişdi. Bu xidmətlərdən biri də 2015-ci ildə olmuşdu…     Həmin il Kəlbəcərə, düşmən tapdağı altında olan torpaqlara ayaq basmışdı. Bu dəfə gizli yollarla keçsə də, bilirdi, daha doğrusu buna bütün qəlbi ilə inanırdı ki, bu torpaqlara bir də qayıdacaq. Pəncəli Teymurov kəşfiyyat dəstəsi ilə birlikdə verilmiş gizli tapşırığı həyata keçirməli, düşmənin hərbi texnikasını məhv etməli idi. Bu məqsədlə meşənin içərisində gizlənərək, gecənin düşməyini gözləmişdilər. O qədər ehtiyatla hərəkət edirdilər ki, hətta gecənin səssizliyində belə, onların hənirtiləri diqqət çəkmirdi. Tapşırıq üzrə düşmənin hərbi texnikasına əvvəlcədən hazırladıqları patlayıcı maddələri yerləşdirdilər. Bu tapşırığın ən çətin tərəfi o idi ki, kəşfiyyatçılar güllə atmadan, heç kimə görünmədən bu işi həyata keçirməli idilər. Məhz bu çətinliyi nəzərə alan komandan heyəti bu işi bacarığına inandıqları Pəncəli Teymurova tapşırmışdı. Pəncəli Teymurov tapşırığın birinci mərhələsini həyata keçirib, arxaya meşəyə çəkildi. Artıq səhərə qədər gözləmək qalırdı. Səhərin ilk şəfəqləri açılır, dan yeri təzəcə sökülürdü ki, səhərin sükutunu böyük gurultu pozdu. Qığılcımlar ətrafa yayıldı…
Pəncəli isə bu zaman baş verənləri uzaqdan müşahidə edirdi. Üzündə acı bir təbəssüm var idi. Vaxt itirmədən geriyə, hərbi hissəyə qayıtdı. Bu partlayışın səsi-sorağı uzun müddət davam etdi. Təhlükəsizliyin dəqiq qurulmaması, xidmətin düzgün təşkil edilməməsindən dolayı Ermənistan ordusunun bir neçə yüksək rütbəli hərbçisi vəzifəsindən uzaqlaşdırıldı, bəzilərinin rütbələri aşağı salındı. Hadisə ilə bağlı Ermənistanda hətta cinayət işi də açıldı. Məlumatlara görə, Pəncəli Teymurovun bu ustalığı nəticəsində düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artileriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Pəncəli Teymurovun bu uğuru qarşı tərəfin böyük qəzəbinə səbəb oldu.
Bir səhər bütün cəbhəyanı bölgələrə əmr göndərildi: “Pəncəli Teymurovun başına 1 milyard dram qoyulsun. Onun ölüsünü, ya da dirisini gətirən mükafatlandırılsın”. Əmr birbaşa Ermənistan ordusunun ən yüksək postunun rəhbəri tərəfindən imzalanmışdı. Bu xəbəri eşidən Pəncəli Teymurov dərindən nəfəs aldı. Artıq istəyinə çatmaq üçün bir addım atmışdı. O, düşmənin qorxulu röyasına çevrilə bilmişdi. Komandirləri onunla təkbətək görüş keçirir, bundan sonra daha çox ehtiyatlı olmağı ona bərk-bərk tapşırırdılar. Pəncəli Teymurovun ürəyində isə özü də bilmədiyi bir arxayınlıq var idi, bəlkə də əməliyyatın verdiyi rahatlıq onu buna sövq edirdi. Heç təsadüfi deyil ki, Pəncəli Teymurovun bu xidməti uğuru Ali Baş Komandan cənab İlham Əliyevin də diqqətini çəkdi və onu “İgidliyə görə” medalı ilə təltif etdi. Cənab Prezidentin bu mükafatı Pəncəli Teymurovun ürəyindəki rahatlığı daha da artırdı. O, artıq doğru yolda olduğuna bir daha əmin olmuşdu. 
…2016-cıil  aprelin 3-də, Talış yüksəkliyi uğrunda döyüşlər gedirdi. Pəncəli Teymurov yüksəkliyin alınması üçün yoldaşları ilə birlikdə döyüşə girmiş, saatlarla davam edən döyüşdə onlarla erməni hərbçisini məhv etmişdilər. Nəhayət onun olduğu komandanı dağıtmaq haqqında Ermənistan baş qərargahından xüsusi əmr gəlmişdi. Bundan sonra Pəncəli Teymurovun komandası mühasirəyə alındı və son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Aprelin 11-də Pəncəli Teymurov doğulduğu Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Mərasimin sonunda yaylım atəşi açıldı və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırıldı. 
Pəncəli Teymurovun özündən sonra xatırlanacaq  çox xatirəsi qaldı. Bütün göstərdiyi igidliklər və bu sözlər isə şanlı mübarizə tarixinə qızılı hərflərlə yazılıb: “Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”. 
Son arzusuna çatan Pəncəli Teymurov göstərdiyi müstəsna xidmətlərə görə xalqımızın qəlbində özünə əbədi taxt qurdu. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.Ruhu şad olsun!

Bunu da oxuyun

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Previous Post

Aprel əfsanəsi

Next Post

SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama

Bənzər yazılar

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31

Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən...

Next Post
Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək

SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama

Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək

SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama

Son xəbərlər

Peru sahillərində zəlzələ baş verib

Peru sahillərində zəlzələ baş verib

13 Noyabr 2026 - 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

13 Noyabr 2026 - 22:32
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31
“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12
Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

13 Noyabr 2026 - 20:11
“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

13 Noyabr 2026 - 20:07
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

13 Noyabr 2026 - 20:05
AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

13 Noyabr 2026 - 19:15
Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

13 Noyabr 2026 - 19:02
NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

13 Noyabr 2026 - 18:54
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir

13 Noyabr 2026 - 18:47
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

13 Noyabr 2026 - 18:38
Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

13 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.