Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək və bu, onun Bakıya ilk səfəri olacaq.
Bu barədə Elchi.az -ın Avropa bürosuna Aİ Şurasının başçısının ofisindən bildirilib.
“Səfər regional xarakter daşımır. Bu, Aİ Şurasının başçısının Azərbaycana ilk rəsmi səfəridir”, – Koştanın ofisindən qeyd ediblər.





















