İlkin məlumatlara görə, Anqolanın şimalındakı qanunsuz qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 28 nəfər həlak olub, onlardan 13-ü eyni ailədəndir.
Elchi.az xəbər verir ki, uçqun Benqo əyalətinin Nambuangongo şəhərindəki tərk edilmiş bir mədəndə baş verib.
Dağıntılar altında qalan 28 mədənçinin cəsədi tapılıb. Bu şəxslərdən 13-nün eyni ailəyə mənsub olduğu müəyyən edilib.
Mədəndən xəsarət alaraq xilas edilən üç nəfər müalicə üçün xəstəxanaya aparılıb.
Hələ də mədəndə olduğu düşünülən iki nəfərin axtarış-xilasetmə işləri davam edir.
Şayəstə





















