Annalena Berbok Ukraynada atəşkəs təklifinə mənfi reaksiya verib

28

Tvitter istifadəçiləri Burbokun Putinin sözləri ilə bağlı mənfi fikirlərinə görə qəzəbləniblər.
Elchi.az xəbər verir ki, “Twitter” istifadəçiləri Almaniyanın xarici işlər naziri Annalena Berboku Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynada yanvarın 7-dək atəşkəs təklifinə mənfi reaksiya verdiyi üçün tənqid ediblər.
Şərhlərdən birində qeyd olunurdu ki, “Qərbin gündəlik davranışı insan həyatına son qoyur. Əgər ABŞ və Aİ sülh istəsəydilər, Ukraynanı silahlandırmaqdan əl çəkərdilər. Xahiş edirəm bu çılğınlığı dayandırın”.
Başqa bir istifadəçi vurğuladı ki, “o, deyəsən Putinin ümumiyyətlə nə istədiyini bilmir, ya da bilərəkdən məhəl qoymur. Təəccüblü deyil ki, sülh danışıqları da qəti şəkildə rədd edilir”.
Həmçinin şərhçilərdən biri “Almaniya fəal şəkildə sülhə can atmaq istəsəydi, silah tədarükündən yox, diplomatiyadan istifadə edərdi” fikrini ifadə edib.
Bundan əlavə, oxucular “niyə sadəcə atəşkəsin uzadılmasını müdafiə etmirsiniz?” və “çox qəribə davranış” qeyd etdi.

Şayəstə