Yanğın Ankara Təhlükəsizlik İdarəsi binasının yaxınlığında yerləşən ağır yük maşınları üçün dayanacaqda baş verib.
Elchi.az “TRT”yə istinadən xəbər verir ki, spirtli içkilərlə dolu altı yarımqoşqu yanıb.
Yanğının səbəbi hələlik müəyyən edilməyib. Yanğın daha əvvəl başlayıb və dayanacaq işçiləri və yerli sakinlər qara tüstü görüb və yük maşınlarının içərisindən partlayışa bənzər səslər eşidiblər.
Yanğınsöndürənlər tez bir zamanda hadisə yerinə gəlib və yanan yük maşınlarını və yarımqoşquları köpüklə söndürməyə başlayıblar. Yanğınsöndürmə işləri davam edir. Hazırda dayanacaqda 10-a qədər yük maşını dayanıb.
Hazırda itkilər barədə heç bir məlumat yoxdur.
Məryəm





















