"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ankara-Moskva anlaşmasının pərdəarxası

14 Oktyabr 2016 - 08:59
in XƏBƏR LENTİ
FacebookVatsap
 Ankara-Moskva anlaşmasının pərdəarxası

Və ya Türkiyəni rus-sovet işğalından qorumuş NATO-nun bu gün alternativi varmı? Şahin Cəfərli: “Türkiyə və Rusiya maksimum yaxınlaşa bilər, amma…”

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Lənkəran rayonunda zəlzələ olub

“Türkiyə-ABŞ münasibətlərində soyuqluq yaradan 2 ciddi problem var: biri iki ölkənin Suriya probleminin tərkib hissəsi olan kürd məsələsinə yanaşmalarının diametral şəkildə fərqlənməsi; ikincisi isə Fətullah Gülən məsələsidir”. Politoloq Şahin Cəfərli bu fikirləri “Yeni Müsavat”a Türkiyə-Rusiya anlaşmasından, əldə olunan razılaşmaların fonunda Ankaranın Vaşinqtonla münasibətlərində yaşanan soyuq münasibətləri şərh edərkən söylədi. 
Türkiyə-ABŞ münasibətlərindəki gərginliyin səbəblərinə toxunan ekspert xatırlatdı ki, Türkiyə Suriyanın şimalında kürd zolağının yaranmasının və perspektivdə həmin ərazidə İraqın şimalındakına bənzər şəkildə dövlət strukturlarının ortaya çıxmasının qəti əleyhinədir: “ABŞ isə Suriya kürdlərindən öz məqsədləri üçün istifadə edir. Bölgəyə böyük hərbi kontingent göndərmək istəməyən Obama administrasiyası İŞİD-ə qarşı mübarizədə PYD-YPG qruplaşmasından yararlanır. Vaşinqton bu məntiqə əsaslanır ki, əgər bizim maraqlarımız üçün ölməyə hazır qüvvə varsa, biz ondan niyə istifadə etməyək? Belə görünür ki, ABŞ bu siyasətindən vaz keçməyəcək. Prezidentliyə ən şanslı namizəd Hillari Klintonun son teledebatda səsləndirdiyi fikirlər də bunu göstərir. Bu isə o deməkdir ki, Türkiyə ilə ABŞ arasında fikir ayrılığı və soyuqluq davam edəcək”.
Fətullah Gülən ətrafında yaşanan gərginliyə gəldikdə, Ş.Cəfərli bildirdi ki, Türkiyənin israrlı müraciətlərindən sonra Vaşinqton bu məsələ ilə əlaqədar hüquqi prosedurlara başlayıb, tərəflər arasında ədliyyə nazirlikləri və hüquqşünaslar səviyyəsində danışıqlar gedir: “Lakin ABŞ administrasiyasının bu barədə yekun qərarı siyasi hakimiyyətin yox, məhkəmənin verəcəyini vurğulaması Türkiyə tərəfini qane etmir. Bu məsələnin qısa zamanda həllini tapmayacağı ortadadır və problemin uzanması münasibətlərə heç də müsbət təsir göstərməyəcək”.
Politoloq indiki mərhələdə Ankara və Moskva arasında əlaqələrin sürətlə bərpa olunmasını da təsadüf saymır: “Suriya məsələsində maraqlarının ABŞ tərəfindən nəzərə alınmadığını görən Türkiyə qonşu ölkədə öz milli təhlükəsizliyinə təhdid saydığı durumun yaranmasına yol verməmək üçün alternativlərə yönəlməyə məcburdur. Rusiya ilə əlaqələrin sürətlə bərpa olunmasının əsas səbəbi budur. Türkiyə kürd zolağının əngəllənməsi və Suriyanın şimalında bufer zonasının yaradılması məsələsində Rusiyanın dəstəyinə ümid edir. Moskva isə əvəzində Ankaranın Hələbdəki müxalif qüvvələrə silah-sursat yardımını dayandırmasını istəyir. Kreml və Əsəd rejiminin məqsədi bu ilin sonuna qədər Hələbi tam nəzarətə götürməkdən ibarətdir. Şübhə yoxdur ki, Ərdoğan-Putin görüşündə bu məsələlər geniş müzakirə olunub, razılıq əldə edilib-edilmədiyi haqda hələlik məlumat yoxdur. Türkiyə tərəfinin Rusiyanın irəli sürdüyü ”Türk axını” layihəsinə dəstək verməsi də məhz siyasi səbəblərlə əlaqədardır və bunun əvəzində Ərdoğan Suriyada hərəkət sərbəstliyi əldə etmək istəyir”.
 
Lakin bununla belə, Ş.Cəfərli hesab edir ki, Rusiya-Türkiyə yaxınlaşmasından çox uzağa gedən və dərin geosiyasi nəticələr çıxarmaq doğru olmaz: “Əvvəla, bu yaxınlaşma ilk dəfə baş vermir, təyyarə hadisəsinə qədər iki ölkə münasibətləri çox yüksək səviyyədə idi və tərəflər hazırda həmin səviyyəni bərpa etməklə məşğuldur. İkincisi də, Türkiyənin ABŞ-dan, Qərb blokundan qopması elə də asan məsələ deyil, bu, siyasi-iqtisadi-təhlükəsizlik sahələrində kardinal siyasət dəyişikliyi və geosiyasi zəlzələ demək olar. Türkiyə Avropa Birliyi üzvlüyünə rəsmi namizəddir və NATO-nun üzvüdür. Türkiyənin Qərb dünyası ilə bütün sahələrdə çox sıx və möhkəm əlaqələri var. Bu ilin sentyabr ayına olan məlumata əsasən Türkiyənin xarici ticarətində Avropa Birliyi ölkələrinin payı 51% təşkil edib. AB üzvü olmayan Avropa dövlətlərini, ABŞ-ı və Kanadanı da əlavə etsək, Türkiyənin xarici ticarətində Qərbin payının 70 faizdən çox olduğunu görərik. Bu, çox böyük rəqəmdir və Türkiyədəki heç bir hökumət bu əlaqələrə zərər verəcək addımlar atmaz. Elə Bundestaqın qərarından sonra Ankaranın reaksiyası buna misaldır. Türkiyə Almaniya ilə iqtisadi əlaqələrə ziyan vuracaq hər hansı addım atmadı, çünki Almaniya Türkiyənin 1 saylı ticarət tərəfdaşıdır”.
Politoloqa görə, digər önəmli istiqamət hərbi-təhlükəsizlik sahəsidir: “Türkiyə NATO kimi dünyanın ən qüdrətli hərbi-siyasi ittifaqının üzvüdür. İkinci Dünya müharibəsindən sonra Türkiyəni rus-sovet işğalından qorumuş NATO-nun bu gün alternativi varmı? Türkiyə bu ittifaqı tərk edərsə, təhlükəsizlik təminatını haradan, kimdən alacaq? Türkiyə bir çox müasir silah sistemlərini Amerikadan alır. Bununla bağlı ən yeni məlumatı qeyd edim: bugünlərdə Türkiyənin 750 milyon dollarlıq sövdələşmə çərçivəsində ABŞ-ın ”Boeing” şirkətinə sifariş verdiyi 11 ədəd “CH-47 Chinook” ağır hərbi-nəqliyyat helikopterlərinin 6-sı Türkiyəyə çatdırılıb. Türkiyə həm də ABŞ və digər NATO ölkələri ilə birlikdə yeni nəsil “F-35″ hərbi təyyarələrinin istehsalı layihəsinin iştirakçısıdır ki, bu da çox bahalı, eyni zamanda Türkiyə hərbi aviasiya parkının yenilənməsi, modernləşdirilməsi baxımından strateji əhəmiyyətli layihədir. Yəni, bu münasibətlər uzunmüddətlidir və qısa zamanda qırılması mümkün deyil”.
Türkiyədə Qərbə alternativ ittifaqın yarandığı barədə iddiaları bölüşməyən Ş.Cəfərli bu fikirdədir ki, Rusiya nə iqtisadi, hə də təhlükəsizlik sahələrində Qərbin alternativi ola bilməz: “Düzdür, Rusiya Türkiyə üçün əsas enerji tədarükçüsüdür, lakin hazırda dünya enerji bazarında yaranmış vəziyyəti nəzərə aldıqda, bu əməkdaşlığa Rusiyanın daha çox ehtiyac duyduğunu anlamaq çətin olmaz. Rusiya bazarlar uğurunda rəqabətin kəskinləşdiyi bir dövrdə öz təbii qazına müştəri axtarır və bu baxımdan Türkiyə çox dəyərli bir tərəfdaşdır. Türkiyə gələcəkdə Rusiya qazını şimali İraq, İsrail və hazırda bazarda fəallaşmış sıxılmış maye qaz tədarükçülərinin hesabına azaltmaq imkanlarına malikdir və Moskva bunu yaxşı anlayır. Türkiyə və Rusiya maksimum yaxınlaşa bilər, amma unutmaq olmaz ki, bu ölkələrin uzunmüddətli regional maraqları heç də üst-üstə düşmür. Hətta hazırda iki dövlətin əməkdaşlıq sahəsi olan Suriyanın gələcəyi ilə bağlı məsələdə də tərəflər fərqli düşünür. Bundan başqa, Qara dənizdə və Qafqazda Rusiyanın güclənməsi Türkiyənin maraqlarına tamamilə ziddir. Bütün bu səbəbləri nəzərə alaraq mən Türkiyə-ABŞ (Qərb-red.) münasibətlərində qırılmanın baş verəcəyinə inanmıram”.
Previous Post

Ankara-Moskva anlaşmasının pərdəarxası

Next Post

Beş rayonun qaytarılması üçün – Rusiyanın şərti

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az- a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib....

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Next Post

Beş rayonun qaytarılması üçün – Rusiyanın şərti

Beş rayonun qaytarılması üçün – Rusiyanın şərti

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.