"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Anatoli Karpov: “Harri Kasparov Heydər Əliyevin sevimlisi idi”

23 Noyabr 2014 - 13:54
in MÖVQE, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

72765_res_01Beynəlxalq Sülh Fondları Assosiasiyasının (BSFA) Moskvada keçirilən hesabat-seçki konfransı bu günlərdə öz işini başa vurub. Şahmat üzrə 16 qat dünya çempionu, Rusiya Dövlət Dumasının üzvü Anatoli Karpov Azərbaycan nümayəndələrinin də qatıldığı tədbirdə yenidən BSFA prezidenti seçilib.

Bunu da oxuyun

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Bakıdan dünyaya həmrəylik mesajı

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

Virtualaz.org saytının əməkdaşı konfransdan sonra A.Karpovdan müsahibə alıb.

-Anatoli Yevgenyeviç, əvvəla sizi yenidən bu posta seçilməyiniz münasibətilə təbrik edirik. BSFA-nın planları nədən ibarət olacaq?

-Təşəkkür edirəm. Bu konfransa sanballı nümayəndə heyəti göndərən Azərbaycan Sülh Fonduna da minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın ali insani dəyərlərə, Ümumbəşəri Sülh Xartiyasının prinsiplərinə sədaqətinin parlaq nümunəsidir. Unudulmaz şəxsiyyət, mərhum Heydər Əliyev də bu dəyərlərə böyük önəm verirdi. İndi isə bu xətti Azərbaycan Sülh Fondunun sədri, yazıçı Maqsud İbrahimbəyov davam etdirir. Bütün bu illər ərzində biz onunla sıx təmasda olmuşuq, səmərəli fəaliyyət göstərmişik. Bir yerdə onlarla tədbir keçirmişik. Bu tədbirlər postsovet məkanında yaşayan bütün xalqların, millətlərin bir-biri ilə yaxınlaşmasına təkan verib. İvanovo internatı məzunlarının Bakıda prezident İlham Əliyevin himayədarlığı ilə yüksək səviyyədə keçirilən forumunu xatırlatmaq kifayətdir. 1960-cı ilə qədər fəaliyyət göstərən İvanovo internatı unikal təhsil ocağı idi. Bu internatın qeyri-adiliyi onda idi ki, Çin, Koreya, İran, İspaniya və digər ölkələrin adı tarixə düşmüş görkəmli ictimai-siyasi xadimlərinin övladları hələ Stalin dövründən bəri orada oxuyur və tərbiyə alırdı. İnternatda SSRİ-nin ən yaxşı pedaqoqları çalışırdı. Dünyanın hər yerindən Bakıya gəlmiş məzunlar o internatda gözəl təhsil aldıqlarını deyirdilər.

Bizim assosiasiyanın planlarına gəlincə isə onlar çoxdur. Gələn ili – 2015-ci ili dünya tarixinin ən böyük hadisəsi olan faşizm üzərində qələbənin 70 illik yubileyi egidası altında keçirəcəyik.

Hazırda dünyada başqa tendensiyalar var. Amerikalılar NATO-nin timsalında ideoloji və hərbi müdaxilələr etməkdə davam edirlər. Bu müdaxilənin vektoru da təkcə Rusiyaya doğru tuşlanmayıb. Amerikalılar dünyaya öz siyasi qaydalarını diqtə etmək istəyirlər. Bu siyasəti də çox pis yürüdürlər. Belə cəhdlər dünyada sülhün və humanizmin əsaslarına zərbədir.

-Siz bununla Rusiyaya və digər MDB ölkələrinə yönələn təhlükəni nəzərdə tutursunuz?

-Təkcə onların yox. Dünyaya geniş nəzərlə baxmaq lazımdır. Təkcə Rusiya deyil. Moldovaya, Ukraynaya, Gürcüstana baxın. Amma ərəb ölkələrində – İraqda, Liviyada, Misirdə baş verənlər, bu ölkələrə göstərilən təzyiqlər xüsusilə həyasız nadanlıq və qeyri-insani əməllər idi. Bu ölkələrin rəhbərləri sadəcə devrilmədi, həm də güllələndi, məhv edildi. Nəyə görə? Onun naminə ki, bu ölkələrin xalqlarının həyatına guya Amerika demokratiyası gətiriləcəkdi. Əslində isə bu, çaxnaşma, iğtişaş, cinayətkarlıq və dəhşətli xaos idi. Orada demokratiyanın izi-tozu da yox idi.

Bir məqamı da deyim. Düzdür, buna inanmaq bir az çətindir. Amma mötəbər mənbələrdən verilən məlumatlarda ABŞ-ın demokratiya “əkini”nin gizli və qorxulu strateji məqsədlərinin olduğu deyilir. Həmin məqsəd bir neçə böyük ərəb dövlətini parçalamaq və bu ərazilərdə 50 xırda dövlət yaratmaqdan ibarətdir. Yəni məqsəd həmin xırda dövlətləri qəbilələr arasında bölüşdürmək, yəni hər tayfa üçün bir “oyuncaq-dövlət” yaratmaqdır. Axı belə dövlətcikləri idarə etmək çox asandır. Özünü Yer kürəsinin rahibi, xilaskarı elan edən Vaşinqtonun imperiya ehtirasları belədir. Bu isə dünyanın can atdığı sülh, humanizm və firavanlıq istəklərinə təhdiddir.

-Yeri gəlmişkən, başçılıq etdiyiniz BSFA-nın 20 ildir davam edən Qarabağ münaqişəsinə münasibətini bilmək istərdik…

-20 il yox, 23 il… Razıyam, bu münaqişənin həlli çox uzandı. Məncə, Qarabağ məsələsi istənilən halda yalnız sülh yolu ilə həll olunmalıdır. Problemi mənasız qurbanlar, yeni qaçqınlar, qan tökülməsi olmadan həll etmək lazımdır.

Yadımdadır ki, SSRİ Sülh Komitəsinin rəhbəri kimi 90-cı illərin əvvəllərində Bakıya getmişdim. Sizə indi bir sirr açım – hərçənd ki, indi o, daha sirr sayılmaz. Bakıya getməzdən əvvəl mən məsləhət almaq üçün o zaman Politbürodan, vəzifədən çıxarılsa da Moskvada yaşayan mərhum Heydər Əliyevlə əlaqə saxladım. Axı Cənubi Qafqazdakı vəziyyəti və bu regionun mentalitetini Kremldə Heydər Əliyevdən başqa yaxşı bilən yox idi. Heydər Əliyev hələ onda mənə demişdi ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə sülh yolu ilə tənzimlənməlidir. Heydər Əliyev hətta bu məşhur zərb-məsəli də xatırlatmışdı: “Pis sülh yaxşı müharibədən yaxşıdır”.

Əlbəttə, həm ABŞ, həm də Fransa, üstəlik ATƏT-in Qarabağ məsələsini həll etməli olan bu qəribə Minsk Qrupu çox məsələdə kələkbazlıq edirlər. Minsk Qrupunu niyə qəribə adlandırdığımı izah edim. Bu qrup məni məyus edib, ondan gözlədiklərimizi ala bilmədik. Bu yaxınlarda mən ATƏT rəhbərliyi qarşısında məsələ qaldırıb ukraynalı döyüşçülərin Donetsk və Luqanskda yaşayış massivini atəşə tutması, həyətdə futbol oynayan uşaqları öldürməsi ilə bağlı izahat istədim. Təşkilatdan buna sərt reaksiya verməsini tələb etdim. Axı heç bir günahı olmayan dinc adamlar ölürdülər. Təşkilat uzun fasilədən sonra, yəqin ki, amerikalılar və fransızlarla məsləhətləşəndən sonra mənə elə qəribə cavab verdi ki… Dedilər ki, bizim rəsmi Kiyev qarşısında belə məsələləri qaldırmaq səlahiyyətimiz yoxdur. Belə cavabı gözləmirdim. Yaxşı, sual olunur: bəs kimin belə səlahiyyəti var, bəs onda siz nə üçünsünüz? ATƏT Qarabağ məsələsində də belə hərəkət edir.

-Sizə keçmiş bakılı Harri Kasparovla münasibətləriniz haqda sual verməsəm, Azərbaycanda məni bəlkə də qınayarlar…

-Sizi başa düşürəm, Harri keçmiş bakılıdır axı… Kimə də olmasa mənə çox yaxşı məlum idi ki, Harri böyük şəxsiyyət, nəhəng insan olan Heydər Əliyevin sevimlisi idi. Heydər Əliyeviç ona az qala oğlu kimi münasibət bəsləyirdi. Onu himayə edir, dəstəkləyirdi. Nəzərə alın ki, Heydər Əliyevin özü də çox nüfuzlu şəxs idi.

Mənim Kasparovla indi demək olar ki, heç bir əlaqəm, təmasım yoxdur. Görüşmürük, üzbəüz və ya telefonda danışmırıq. Harri Kasparov siyasi səbəblərdən hazırda ABŞ-da yaşayır. Düzünü deyim ki, bizim aramız bir vaxtlar olmayıb, münasibətlərimiz çox soyuq idi. Bu da bir-birimizi başa düşməməyimizdən, bir də ki, dedi-qodu həvəskarlarının yaydığı şayiələrdən irəli gəlirdi. Lakin sonra hər şey sürətlə yoluna düşdü. Yadımdadır, İspaniyadan qayıdırdım. Vnukovo aeroportunda mənə dedilər ki, Qarik müxalifətin mitinqinin ən fəal iştirakçılarından biri kimi həbs edilib və hazırda Moskvanın milis idarələrindən birinin təcridxanasındadır. Evə getmədim, maşını birbaşa milis idarəsinə sürdürdüm. Əminəm ki, Harrinin yerinə həbsdə mən olsaydım, o da belə edərdi. Bizə çox danışmağa imkan verməsələr də dəmir barmaqlıqlar arxasından bir-iki kəlmə danışa bildik. Milis rəisi onu kameradan çıxarmağa icazə vermədi. Lakin mənim Kasparovun həbsinə bu cür reaksiya verməyim yəqin ki, ölkə rəhbərliyinə çatdırılmışdı. Məncə, Harrinin həbsdən tezliklə azad edilməsində bunun da rolu vardı. O, azadlığa çıxandan sonra görüşdük, açıq, səmimi söhbət etdik. Aramızda heç bir qaranlıq məsələ qalmadı. Bir-birimizi başa düşdük, bir-birimizə anlayışla yanaşdıq. Bir-birimizdən ötrü yaxşı həmkarlar olaraq qalmaqda da davam edirik.

Lev Əsgərov

Bakı-Moskva-Bakı

Previous Post

Anatoli Karpov: “Harri Kasparov Heydər Əliyevin sevimlisi idi”

Next Post

Bu da Bakıya gələn ermənilər – (Video)

Bənzər yazılar

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

16 Sentyabr 2026 - 10:08

ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...

Bakıdan dünyaya həmrəylik mesajı

Bakıdan dünyaya həmrəylik mesajı

15 Sentyabr 2026 - 17:39

"Azərbaycan müxtəlif dinlərin və xalqların birgə yaşadığı çoxkonfessiyalı, tolerant ölkədir. Tarixin bütün dövrlərində dini dözümlülük, başqa dinlərin nümayəndələrinə hörmət və...

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24

Baltikyanı bölgənin səmasında gərgin vəziyyət... Gecə saatlarında Litva hava məkanına daxil olan naməlum PUA NATO-nun qırıcı təyyarələri tərəfindən vurulub. Elchi.az...

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12

Pentaqonun rəsmi nəzarət orqanı tərəfindən hazırlanan hesabatda İranın hücumlarının Yaxın Şərqdəki ABŞ hərbi və diplomatik obyektlərinə ciddi ziyan vurduğu üzə...

Next Post

Bu da Bakıya gələn ermənilər - (Video)

Bu da Bakıya gələn ermənilər - (Video)

Son xəbərlər

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

17 Sentyabr 2026 - 11:52
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

17 Sentyabr 2026 - 11:47
İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

17 Sentyabr 2026 - 11:40
Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

17 Sentyabr 2026 - 11:31
Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

17 Sentyabr 2026 - 11:23
Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

17 Sentyabr 2026 - 11:14
Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

17 Sentyabr 2026 - 11:06
Polis 114 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis 114 kiloqramdan çox narkotik vasitə aşkarladı

17 Sentyabr 2026 - 10:55
Elmi nailiyyət: qismən insan, qismən siçan beyni yaradılıb

Elmi nailiyyət: qismən insan, qismən siçan beyni yaradılıb

17 Sentyabr 2026 - 10:48
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin iclas iştirakçılarına müraciət etdi

17 Sentyabr 2026 - 10:41
ABŞ Baş Qərargah rəisi: “Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq”

ABŞ Baş Qərargah rəisi: “Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq”

17 Sentyabr 2026 - 10:37
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

17 Sentyabr 2026 - 10:29
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

17 Sentyabr 2026 - 10:20
NASA-nın kosmik aparatı Ayda nəhəng yeni krater aşkar edib

NASA-nın kosmik aparatı Ayda nəhəng yeni krater aşkar edib

17 Sentyabr 2026 - 10:15
Sabahın hava proqnozu açıqlanıb

Bəzi yerlərdə yağış yağıb, duman olub – FAKTİKİ HAVA

17 Sentyabr 2026 - 10:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.