"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Anarın qızına qarşı ittiham

05 Avqust 2014 - 18:42
in MƏDƏNİYYƏT
FacebookVatsap

Son günlər cəbhə xəttində baş verən hadisələr fonunda bir sıra mətbuat76799 orqanlarında Xalq artisti Fəxrəddin Manafovun ifasında yayılan “Ataya məktub” adlı video ilə bağlı qalmaqal yaranıb. İnterpress.az xəbər verir ki, məlumatlarda hekayənin Yazıçılar Birliyinin sədri Anarın qızı, publisist Günel Anarqızına məxsus olduğu bildirilsə də hekayənin əsl müəllifi ilə bağlı iddialar ortaya çıxıb. 

Bunu da oxuyun

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalq artisti Zaur Rzayev vəfat edib

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

İnterpress.az-a daxil olan məlumata görə Teymur Hacıyev adlı şəxs hekayənin əsl müəllifi olduğunu iddia edib. T.Hacıyevin sözlərinə görə, məktubu 11 il bundan əvvəl yazıb və bütün yaxın ətrafı bundan xəbərdardır: “İnternetdə bir video ilə rastlaşdım. Donub qaldım. Fəxrəddin Manafov mənim 11 ilə əvvəl yazdığım məktubu oxuyurdu. Müəllif kimi Günel Anarqızı göstərilib. Amma yazının müəllifi mənəm. Mən bu məktubu auditoriyada qrup yoldaşlarımın yanında yazmışam. Daha sonra üzünü köçürdüm. Təsirli olsun deyə müəllifi göstərmədim. Bu, təbliğat xarakterli bir yazı idi. Müəllif olaraq “oğlun Qarabağ” yazdım ki, oxuyanlara təsir etsin. Sonra bu məktubun nüsxələrini çıxarıb payladıq. Qrup yoldaşlarım buna şahiddir. Bu məktubu müəllifsiz buraxan mən olmuşam. Günel xanım isə onu öz kitabında istifadə edib”.
Məktubun G.Anarqızının əlinə necə keçməsinə gəlincə, T.Hacıyev bunu belə izah edib: “Tələbə ikən məktubumun nüsxələrini çıxarıb tələbələr arasında yaymışdıq. Ola bilər beləcə bu yazım Günel xanımın əlinə düşüb. Günel xanımın atdığı addım heç bir şəkildə mənim onun ailəsinə olan hörmət və sayğıma xələl gətirə bilməz. Yazıçı Anar və onun ədəbiyyatımıza töhfələri danılmazdır”.
Məsələ ilə əlaqədar G.Anarqızı ilə əlaqə saxladığını deyən T.Hacıyev müəlliflik hüququnu təsdiqlədə bilməyəcəyindən narahatdır: “Günel xanımla danışdım. Amma gördüm ki, o, bunu etiraf etməyəcək. Buna görə də əsəb gərginliyi yaşamaq istəmirəm. Günel xanım da bu məktubun ictimaiyyətə çatmasına vasitə olub. Əsas məqsəd bu idi. Amma məktubun orijinal mətni ilə Fəxrəddin Manafovun ifasında səslənən mətni diqqətə çatdırıram. Videonun rus versiyasında 7-ci dəqiqə 23-cü saniyədə əlyazmamın görüntüsü var”.
Günel Anarqızı isə İnterpress.az-a açıqlamasında iddiaların doğru olmadığını vurğulayıb: “1 il əvvəl həmin şəxs mənə bu barədə yazmışdı. Hansısa yazısını da göndərmişdi. Ancaq mən deyirəm ki, o yalançıdır. Mən ona nə azərbaycanlı, nə qarabağlı deyə bilərəm. Bunun bir adı var –nakişilik”.
T.Hacıyevin məhz onun bu əsərinə iddia etməsinin səbəbinə gəlincə, publisist buna belə münasibət bildirib: “Bilmirəm, bəlkə yuxusunda görüb. Mən bu məktubu rusca yazmışam. “Exo” qəzetində də dərc olunub. Həmin qəzetin nüsxəsi də məndədir”.
Məktubun əlyazmasının onda olduğu barədə T.Hacıyevin sözlərinə gəlincə G.Anarqızı “Bu, ola bilməz. İlk dəfə bu məktubu kompyuterdə rus dilində yığmışam. Güman ki, daha sonra həmin şəxs bunu internetdə görüb. Azərbaycan dilinə tərcumə edib. Mən onu məhkəməyə verə bilərəm. Bu adam yalançıdır. Bir qadın müəllifin əsərini öz adına çıxarmaq yaxşı deyil. O, qalmaqalla özünə ad qazanmaq istəyir. Qarabağ mövzusu ilə bağlı belə hərəkət ayıbdır” deyə vurğulayıb.
Previous Post

Erməni nazir ABŞ-dan kömək istədi

Next Post

Kamran Əliyev baş prokurorun müavini-baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib

Bənzər yazılar

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...

Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15

Xalq artisti Zaur Rzayev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O, bu gün müalicə...

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09

Çexiyanın paytaxtı Praqada yerləşən Lapidarium Qalereyasında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sonetlər sevginin sinonimləridir” adlı...

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Next Post

Kamran Əliyev baş prokurorun müavini-baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib

Kamran Əliyev baş prokurorun müavini-baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib

Son xəbərlər

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

11 Noyabr 2026 - 23:47
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

11 Noyabr 2026 - 23:43
“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

11 Noyabr 2026 - 23:37
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

11 Noyabr 2026 - 21:41
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

11 Noyabr 2026 - 21:31
İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

11 Noyabr 2026 - 21:26
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

11 Noyabr 2026 - 21:25
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

11 Noyabr 2026 - 20:09
Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

11 Noyabr 2026 - 20:08
Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

11 Noyabr 2026 - 20:07
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11 Noyabr 2026 - 20:05
İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

11 Noyabr 2026 - 18:25
NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.