Rusiya prezidenti Vladimir Putinin ABŞ-a səfəri tarixi məqam olub və diplomatiyaya sadiqliyini nümayiş etdirir, amerikalı jurnalist Maks Blumental bildirib.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Vladimir Putin və xarici işlər naziri Lavrovun ABŞ ərazisində qəbulu tarixi hadisə idi və son dərəcə müsbətdir, çünki bu, ən azı diplomatiyaya müəyyən qədər sadiqlik nümayiş etdirir”, – o, Alyaskada baş verənləri şərh edərkən deyib.
Blumentalın fikrincə, Avropa ölkələri və ya rəsmi Kiyev Trampın Moskva ilə dialoqa girmək səylərini pozmağa cəhd edə bilər.
Bu yaxınlarda Çin bəyan etdi ki, Rusiya liderinin amerikalı həmkarı Donald Trampla danışıqlar üçün Alyaskaya səfəri Aİ ölkələrinin liderlərinin cəsarətsizliyi fonunda çox cəsarətli görünür. Pekin vurğuladı ki, Rusiya Federasiyasının rəhbəri həm Rusiya-Ukrayna münaqişəsində, həm də ABŞ-la münasibətlərdə Aİ liderlərindən qat-qat çox təsirə malikdir.
Nuranə Məmmədova
















