"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Amerika Xədicə İsmayılı niyə azadlığa buraxdırmır?

02 Sentyabr 2015 - 09:45
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Amerika Xədicə İsmayılı niyə azadlığa buraxdırmır?Mehman Əliyev: “Onlar məsələni stabillik çərçivəsində həll etmək istəyirlər”

ABŞ-ın Georgetown Universitetinin əməkdaşı, Azad Avropa/Azadlıq Radiolarının keçmiş rəhbəri Jeffrey Gedmin və Amerika Sahibkarlıq İnstitutunun (American Enterprise Institute ) araşdırmaçısı Gary Schmitt CNN telekanalının internet saytında jurnalist Xədicə İsmayılovanın həbsi ətrafında yaranan vəziyyəti şərh ediblər.

 
Müəlliflərin fikrincə, əgər bütün dünya boyunca məhkum edilmiş jurnalistlərin sayının kəskin artdığı nəzərə alınarsa, indiki zəmanəmizdə bu elə də təzə xəbər kimi görünməyə bilər.
Jurnalistlərin Beynəlxalq Müdafiəsi Komitəsi – CPJ-in məlumatına görə, ötən il bütün dünyada 220 jurnalist həbs edilib və bu, bir il əvvəlkindən 10 faiz artıqdır.
 
Gedmin və Schmittin fikrincə, neft sərvəti olan Azərbaycanın Rusiya və İran arasında yerləşməsi ABŞ xarici siyasət adamlarını belə bir düşüncəyə gətirib ki, bu ölkənin daxili işləri Birləşmiş Ştatlar üçün prioritet deyildir: “Amerika maraqları Amerika dəyərlərinin üstündən xətt çəkib. Amma bu, belə olmalıdırmı?” – deyə sual edirlər məqalə müəllifləri: “Şübhəsiz elə vaxtlar olur ki, liberal demokratiyalar öz varlıqları naminə, İkinci Dünya Müharibəsi zamanı olduğu kimi şeytanın özü ilə də sazişə girirlər. Britaniya və Amerikanın Stalinlə müttəfiqliyi zərurətdən doğmuşdu”.
Bu da xatırladılır ki, bənzər müttəfiqlik Soyuq Müharibə illərində Türkiyə və Cənubi Koreyanın xuntaları ilə də edilib.
“Lakin belə düşüncə, asanlıqla vərdişə çevrilə bilər və xarici siyasəti quranlar sözügedən maraqların Amerika ideallarının görməməzliyə vurulmasına həqiqətən də dəyib-dəymədiyini ölçüb-biçməzlər…” – deyə yazıda qeyd edilir.
Məqalədə vurğulanır ki, bu gün Amerika Birləşmiş Ştatları planet boyunca avtoritar rejimlərlə əlaqələr qurarkən öz maraqlarını və dəyərlərini daha diqqətlə ölçüb-biçməlidir.
Amerika belə edərsə, avtoritarlar da başa düşərlər ki, ABŞ-ın bir marağını o biri marağına qurban verib oynamaq olmaz.
Müəlliflərin fikrincə, Amerika belə edərsə, avtoritarlar da başa düşərlər ki, ABŞ-ın bir marağını o biri marağına qurban verib oynamaq olmaz. Bu həm də çox baha qiymətə demokratiya yolunu seçmiş ölkələri də ruhlandırar, qlobal ictimaiyyət isə Vaşinqtonun simasında riyakarlıq yox, elan edilmiş prinsiplərə sadiqlik görər.
Məqalənin sonunda AzadlıqRadiosunun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyinə işarə edən müəlliflər yazırlar ki, bu mənada Xədicə İsmayılova Amerika vergiödəyəninin etimadını doğruldub: 
“İndi növbə bizimdir ki, ABŞ öz işini görüb onun azad edilməsinə nail olmalıdır”.
Bütün hallarda X.İsmayıl həbs olunandan sonra media və siyasət kluarlarında ən çox müzakirə olunan sual budur: niyə Amerika X.İsmayılı azad etdirmir? Danışıqlar yetəri səviyyədə aparılmır, yoxsa X.İsmayıl mövzusu hakimiyyət üçün prinsipialdır?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bu suallar olduqca qəlizdir. Müsahibimizin fikrincə, indiki durumda ABŞ Azərbaycanın daxili işlərinə baxış keçirəndə ilk növbədə ölkə daxilindəki stabilliyə önəm verir: “Onlar burda başqa bir vəziyyətin yaranmasında maraqlı deyillər. Məsələni stabillik çərçivəsində həll etmək istəyirlər. Ciddi təzyiq göstərmədən, danışıqlar yolu ilə. İndiki halda stabillik təqdim olunub. Böhran dövründə yaşayırıq. Bu stabillik güc nazirliklərinin, təbliğatın hesabına olub və ya başqa amillər var, bu, başqa məsələdir. Amma real vəziyyətə baxanda belədir.  Xədicə də daxil olmaqla siyasi məhbusların azad olunması danışıqlar çərçivəsində həyata keçiriləcək. Azərbaycan hakimiyyəti də bunu başa düşür. Onlar da artıq ciddi hərəkətlər etmir, təzyiqlər həyata keçirmirlər. Keçən il deyirdim ki, hakimiyyət hansısa addımlar atacaqsa, bu, ilin sonuna qədər olacaq. Əsas amillər odur ki, gözlənilən maliyyə böhranına girdik və artıq hərəkətlər də yoxdur. Həbslər, ciddi basqılar yoxdur. Bu günə qədər nə baş verdisə, baş verdi. Indi isə yavaş-yavaş vəziyyət düzəlməyə doğru gedəcək”.
Müsahibimiz hesab edir ki, vəziyyətin düzəlməsinə yönəlik ilk addım heç şübhəsiz ki, siyasi məhbusların azadlığa buraxılması ilə bağlı olacaq. Belə ki, sentyabrın sonundan başlanan prosesin noyabra qədər yekunlaşacağı gözlənilir.
 
Sevinc TELMANQIZI
Previous Post

Amerika Xədicə İsmayılı niyə azadlığa buraxdırmır?

Next Post

“Danışıqların sətiraltı məzmunu Dağlıq Qarabağ mövzusudur” – Rusiyalı politoloq

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

“Danışıqların sətiraltı məzmunu Dağlıq Qarabağ mövzusudur” - Rusiyalı politoloq

“Danışıqların sətiraltı məzmunu Dağlıq Qarabağ mövzusudur” - Rusiyalı politoloq

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.