"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

AMEA-dan AÇIQLAMA: Qalan mənzillər yataqxanada yaşamayan alimlərə veriləcək

04 İyul 2017 - 09:00
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi məsələsinə dair yeni açıqlama verib.

Bunu da oxuyun

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

Bu sürücülər cərimə edilməyəcək

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Trend-ə bildirib ki, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi nəzərdə tutulub:

“Həmin müqavilə ilə əlaqədar ilk mərhələdə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına mənzil verilib. Növbəti mərhələdə binadakı qalan mənzillərin yataqxana qeydiyyatında olan, amma müəyyən səbəbdən orada yaşamayan, mənzilə ehtiyacı olan elmlər və fəlsəfə doktorlarına verilməsi gözlənilir. Lakin bu alimlərin sayı hələ tam dəqiqləşdirilməyib”.

O qeyd edib ki, məsələ ondadır ki, sözügedən yataqxanaya keçmişdə və yaxud yaxın keçmişdə müxtəlif yollarla qeydiyyata düşən, orada yaşayan və yaşamayan, ancaq AMEA ilə heç bir əlaqəsi olmayan, onun funksiyalarının yerinə yetirilməsində xidmət göstərməyən, hətta kənar təşkilatlarda işləyən, öz adlarına mənzil(lər)i olan çoxsaylı aidiyyəti olmayan şəxslər var ki, onlar bu imkandan yararlanmaq üçün ağlasığmaz “fədakarlıq” göstərir, qətiyyətlə mənzil tələb edirlər:

“Amma bu da faktdır ki, Akademiyada mənzilə ən böyük ehtiyacı olan məhz gənc alimlərdir. Təcrübə göstərir ki, neçə istedadlı gənc alim, gələcəyi perspektivli mütəxəssis məhz sosial problemlərin ucbatından elmdən uzaqlaşır, faəliyyət sahələrini dəyişir, ən yaxşı halda elmlə bərabər, digər sferalarda fəaliyyət göstərirlər. Bəzən gənc alimlərin yataqxana qeydiyyatında olmadığını deyənlər də tapılır. Ancaq sual oluna bilər: yataqxana otaqlarının hələ o vaxtdan oranın yaşlı sakinləri tərəfindən (bəzilərinin indi heç AMEA ilə əlaqəsi belə yoxdur) qeyri-qanuni özəlləşdirildiyi bir halda, həmin yataqxanada gənc alimlər qeydiyyata necə düşə bilərdi? Həm də AMEA-ya 2000-ci ildən bəri qəbul olunan aspirantların müvəqqəti qeydiyyata düşmək üçün Akademiyanın o vaxtkı rəhbərliyinə etdiyi müraciətləri heç vaxt müsbət həll olunmurdu. Cavabları da “yataqxanada boş otaq yoxdur, sizi qeydiyata ala bilmərik”, – idi. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin aztəminatlı təbəqəsinin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sosial evlər də gənc alimlər üçün əlçatan deyil”.

F.Salmanov həmçinin vurğulayıb ki, təəssüf ki, dövlətimizin yaratdığı bu imkandan yararlanmaq üçün Asan Xidmət Mərkəzinə müraciətlər edən gənc elm adamlarına, oradan güzəştli qrupa düşməmələri bildirilib:

“Çünki gənc alimlər üçün “Güzəştli mənzil” əldə etmək qaydalarında yaş həddi 35-dir və nəzərə alaq ki, Akademiya İnstitutlarında fəaliyyət göstərən gənc fəlsəfə doktorlarının yaşı bu limiti keçib, deməli onların ipoteka kreditləri kimi “sosial mənzil” qaydaları ilə də nə vaxtsa mənzil sahibi olmaq ümidlərinin üstündən artıq xətt çəkilib”.

Previous Post

AMEA-dan AÇIQLAMA: Qalan mənzillər yataqxanada yaşamayan alimlərə veriləcək

Next Post

Daha bir yataqxanada yanğın: Biri polis olmaqla, 5 nəfər xəsarət aldı

Bənzər yazılar

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

08 Oktyabr 2026 - 13:51

“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya...

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

08 Oktyabr 2026 - 13:16

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir. Elchi.az xəbər verir ki, prosesdə iştirak etmək...

Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

08 Oktyabr 2026 - 13:08

Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa əsasən, 3.27 (“Dayanmaq qadağandır”) və 3.28 (“Durmaq qadağandır”) nişanları yollarda nizam-intizamı təmin edən əsas...

Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq

08 Oktyabr 2026 - 12:45

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. Elchi.az xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı...

Next Post

Daha bir yataqxanada yanğın: Biri polis olmaqla, 5 nəfər xəsarət aldı

Daha bir yataqxanada yanğın: Biri polis olmaqla, 5 nəfər xəsarət aldı

Son xəbərlər

Türkmənbaşı şəhərində Prezident İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşüb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşüb

08 Oktyabr 2026 - 14:18
Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

08 Oktyabr 2026 - 14:14
Azərbaycanın sədrliyi C6-ya əlavə impuls qatacaq – Mirziyoyev

Azərbaycanın sədrliyi C6-ya əlavə impuls qatacaq – Mirziyoyev

08 Oktyabr 2026 - 14:07
Kremldən Hindistanın Ukrayna ilə bağlı təklifinə CAVAB

Kremldən Hindistanın Ukrayna ilə bağlı təklifinə CAVAB

08 Oktyabr 2026 - 14:00
Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

08 Oktyabr 2026 - 13:51
Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

08 Oktyabr 2026 - 13:42
Milli ilə vidalaşan Messidən ilk açıqlama

Milli ilə vidalaşan Messidən ilk açıqlama

08 Oktyabr 2026 - 13:30
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

08 Oktyabr 2026 - 13:16
Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

08 Oktyabr 2026 - 13:08
Rubiodan Ukraynadakı münaqişənin genişlənmə riski barədə XƏBƏRDARLIQ

Rubiodan Ukraynadakı münaqişənin genişlənmə riski barədə XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 13:00
Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

Tokayev: TRIPP imkanlarımızı genişləndirəcək

08 Oktyabr 2026 - 12:52
Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq

08 Oktyabr 2026 - 12:45
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

08 Oktyabr 2026 - 12:36
Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

08 Oktyabr 2026 - 12:27
Mərkəzi Asiya dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən hazırlıq işlərini yüksək qiymətləndirib – BİRGƏ BƏYANAT

Mərkəzi Asiya dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən hazırlıq işlərini yüksək qiymətləndirib – BİRGƏ BƏYANAT

08 Oktyabr 2026 - 12:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.