"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Alternativ enerji istehsalı yeni reallıqlar formalaşdırır

22 May 2025 - 19:05
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Azərbaycan hökuməti və əhali onlara hazır olmalıdır

Azərbaycan hökuməti alternativ mənbələrdən enerji istehsalını, ölkənin enerji təminatında onun payını artırmaq istiqamətində fəaliyyətlərini ciddi şəkildə sürətləndirib. Bu sahədə böyük layihələrin icrası istiqamətində fəaliyyətlər son dərəcə gücləndirilib, son iki ildə xarici investorlarla bu sahəyə investisiyaları nəzərdə tutan mühüm sazişlər imzalanıb. Sonuncu belə sazişlər alternativ enerji istehsalı sahəsində ən qabaqcıl texnologiyaların istehsalçısı olan Çinlə imzalanıb. Belə ki, aprelin ortalarında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 QVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Bərpa olunan mənbələrdən, xüsusilə də günəş və külək enerjisi istehsalını artırmaqla bərabər, əldə olunan enerjinin ümumi sistemə inteqrasiyası, onun alınması, paylanması, ölkədə enerji təchizatının fasiləsizliyinin təmin olunması, nəhayət, satışı ilə bağlı çoxsaylı məsələlərin həllinə ehtiyac var. Energetika nazirinin müavini Elnur Soltanovun dediyinə görə, son iki ildə Azərbaycanda enerji, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində dörd mühüm qanun qəbul olunub. Hazırda üç yeni qanun layihəsi üzərində – istilik, qaz təchizatı və tənzimləyici orqanla bağlı qanun layihələri üzərində iş aparılır. Nazir müavini Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: ”yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində qeyd edib ki, istilik təchizatı sahəsində əsas diqqət mərkəzləşdirilmiş istilik sistemlərinin inkişafı və istilik nasosları kimi yüksək səmərəlilik təmin edən texnologiyaların tətbiqinə yönəlib. “Tənzimləyici haqqında” qanun isə real bazar tariflərinin formalaşmasına imkan yaradacaq və enerji sektorunda şəffaf və dayanıqlı idarəetməni təşviq edəcək.

Nazir müavini qeyd edib ki, 2028-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payı 30 faizi ötəcək. Hazırda Azərbaycanda fərdi və aktiv istehlakçılar 150 kilovatadək günəş panelləri quraşdıraraq enerji alqı-satqısı həyata keçirə bilirlər. Bu modelin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Soltanov bildirib ki, enerji səmərəliliyi sahəsi Azərbaycanda strateji əhəmiyyətli və yeni bir istiqamət kimi ön plana çıxır. Hazırda binaların və məişət avadanlıqlarının sertifikatlaşdırılması üzrə 12-yə yaxın normativ sənəd hazırlanır. Enerji Səmərəliliyi Fondu yaradılıb və onun maliyyə dayanıqlılığı fosil yanacaqlardan əldə olunan vergilər hesabına təmin olunur. Sovet dövründən qalma binaların enerji baxımından qeyri-səmərəli olması isə bu sahədə böyük potensial yaradır.

E.Soltanovun sözlərinə görə, “Azərbaycanın enerji sistemində davamlılıq üçün əlaqəlilik və modernizasiya vacibdir”. Bərpa olunan enerjinin davamlı olmaması onun inteqrasiyasını çətinləşdirir və bu problemi iki istiqamətdə həll etmək mümkündür: enerji sisteminin ölçüsü və regional əlaqəlilik. Nazir müavini qeyd edib ki, Azərbaycan coğrafi baxımdan böyük ölkə deyil və enerji sisteminin maksimal gücü təqribən 8 qiqavat, illik orta istehlak isə 3 qiqavat civarındadır: “Böyük enerji sistemləri və güclü qonşuluq əlaqələri bu cür çağırışların öhdəsindən gəlməyə kömək edir. Avropa ölkələri bu üstünlüklərdən faydalanır. Lakin İspaniyanın son enerji böhranı göstərdi ki, zəif əlaqəlilik, xüsusən də təkcə bir ölkəyə bağlı olmaq ciddi problemlər yarada bilər”.

Nazir müavini həmçinin bildirib ki, bərpa olunan enerji mənbələrinin maya dəyəri az olsa da, bu enerjinin sistemə inteqrasiyası, şəbəkənin modernizasiyası və dayanıqlığın artırılması əlavə xərclər tələb edir: “Bu xərcləri nəzərə alsaq, bəzi hallarda bərpa olunan enerji qazla işləyən stansiyalarla müqayisədə o qədər də üstün olmaya bilər. Qaz stansiyaları texnoloji elastikliyin verdiyi üstünlüklərə malikdir”.

E.Soltanov əlavə edib ki, planlaşdırılan 2 qiqavatdan artıq bərpa olunan enerji layihələrinin ölkəyə 2 milyard dollaradək xarici və daxili sərmayə gətirəcəyi gözlənilir. Bununla belə, bu cür layihələrin icrası ciddi maliyyə yükü yaradır və əsas sual odur ki, bu yükü kim daşıyacaq: “Xüsusilə Sovet irsindən gələn ictimai gözləntiləri nəzərə alsaq, kommunal xidmətlərin ödənişli olması əhalidə çətinlik yaradır. Ona görə də bu yükü vətəndaşların üzərinə qoymaq asan deyil və yaxşı izah olunmalıdır”.

Nazir müavini beynəlxalq maliyyə institutlarının, o cümlədən EBRD-nin bu məsələlərin həllində və maliyyə yükünün bölüşdürülməsində mühüm rol oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycanda enerji tarifləri hələ də dövlət tərəfindən tənzimlənir. Bu isə enerji istehsalı sahəsinə investisiya cəlbi ilə bağlı müəyyən çətinliklər yaradır. Bu sahədə hazırlanan  yeni qanunverici bazanın 2028-ci ildən qüvvəyə minməsi gözlənilir. Bir çox ekspertlər həmin bazanın əhali üçün enerji tariflərində ciddi artımlara gətirəcəyini nəzərə alaraq, hökumətin aztəminatlı təbəqələr üçün güzəştlər hazırlamalı olduğunu bildirirlər. Nazir müavininin dediklərindən aydın olur ki, hökumət bu reallıqdan xəbərdardır və tənzimləmə yolları üzərində işləyir.

Yazını hazırladı: Dünya SAKİT

Previous Post

Kredit borcu az olanlarla bağlı gəlişmə – Ölkədən çıxışa…

Next Post

Sumqayıtda 750 abonentin qazı KƏSİLƏCƏK

Bənzər yazılar

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31

2027-ci ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 645,2 milyon manat olması nəzərdə...

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25

Azərbaycan hökuməti 2026-cı ilin yekununda dövlət borcunun 26 milyard 953,2 milyon manat, 2027-cı ilin yekununda isə 28 milyard 590,9 milyon manat təşkil edəcəyini proqnozlaşdırır....

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23

2030-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) illik dəyərinin 169,1 milyard manata, o cümlədən qeyri-neft-qaz ÜDM-nin illik dəyərinin 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Elchi.az...

Next Post
Sumqayıtda 750 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 750 abonentin qazı KƏSİLƏCƏK

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.