Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı öldürülən asayiş keşikçilərinin sayı 13 nəfərə çatıb.
Elchi.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhər komendaturası daha 1 asayiş keşikçisinin meyitinin tapıldığını bildirib.
Onun başının kəsildiyi ehtimal olunur.
***
12:32
Qazaxıstanın Almatı şəhərində kütləvi etirazlar zamanı 12 asayiş keşikçisi öldürülüb.
Elchi.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər komendaturası məlumat verib.
Ölənlərdən birinin başının kəsildiyi qeyd olunub.
Bundan başqa, şəhərdə iğtişaşların yatırılması zamanı hüquq mühafizə orqanlarının 353 əməkdaşının yaralandığı da bildirilib.





















Son şərhlər